gundem / siyaset / dunya
8.07.2019
Ərdoğanın ən yaxın adamı AKP-dən getdi - SON DƏQİQƏ

Türkiyədə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) qopmalar başlanıb.
DogruXeber xəbər verir ki, AKP-nin qurucularından biri, hökumətdə xarici işlər naziri və baş nazirin müavini vəzifələrində çalışmış Əli Babacan istefa verib. Bəzi məlumatlara görə, Babacan sabiq prezident Abdulla Gülün dəstəyi ilə yeni siyasi partiya yaradacaq. Partiyanın yaxın vaxtlarda təsis olunacağı gözlənilir./Cebheinfo


