Bakı şəhəri üzrə əlilliyi olan şəxslər nazirlik və BP-nin birgə layihəsinə cəlb edilmək üçün Məşğulluq Mərkəzlərinə müraciət edə bilərlər











Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və BP-British Councilin birgə layihəsi olan “Əlilliyi olan şəxslərin məşğulluq qabiliyyətlərinin artırılması proqramı”nın ikinci fazasında 100 nəfər əlilliyi olan şəxsin məşğulluq inkanlarının inkişaf etdirilməsinə yönəlmiş tədbirlər həyata keçiriləcək.

Bu fikir Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Məşğulluq siyasəti və demoqrafiya şöbəsinin müdiri Elnur Süleymanov və nazirliyin əməkdaşlarının British Council şirkətinin direktor müavini Nigar Baimova, BP şirkətinin nümayəndəsi Vüsal Əliyev, Layihə üzrə menecer Flora Poladova və b. ilə nazirlikdə keçirilən görüşündə vurğulanıb.

Qeyd edilib ki, proqramda iştirak etmək istəyən əlilliyi olan şəxslər Məşğulluq Mərkəzlərinə avqustun 1-dək müraciət edə bilərlər. Layihə iştirakçılarının potensial keyfiyyətli işçi qüvvəsi kimi müxtəlif müəssisələr tərəfindən tanınmasına dəstək göstəriləcək.

Layihənin ikinci fazası çərçivəsində sentyabr 2019 – may 2020-ci il müddətində ingilis dili, kompyuter bacarıqları, sosial bacarıqlar tədris olunacaq, psixoloji konsultasiyalar aparılacaq. Həmçinin xüsusi iş sahələri üzrə (sosial media, vergi, audit, insan qaynaqları və s.) menecerlərin hazırlanması məqsədilə təlimlər keçiriləcək. Müvafiq sahələrdə fəaliyyət göstərən qərarverici tərəflər və biznes müəssisələri də tərəfdaş qismində layihəyə cəlb ediləcək.

Proqramı uğurla başa vuran iştirakçılara beynəlxalq sertifikatlar təqdim ediləcəkdir. Ən başlıcası, iştirakçılar təlimlərdən faydalanaraq öz gələcək karyeralarını uğurla qurmaq imkanı qazanacaqlar.

Görüşdə layihənin davam etdirilməsi üzrə görüləcək birgə işlər müzakirə olunub.

Son xəbərlər

"Dövlətin pulsuz dərmanlarını satırlar" - Balakən Rayon Mərkəzi Xəstəxanasından ŞOK İDDİA

Məşhur həbsxana rəisi vəfat etdi

Bakıda ana övladını illərlə zəncirləyib? - AÇIQLAMA

6 minə yaxın dənizçi təxliyə gözləyir

Dövlət meşəsini "öz dədə malı" kimi talayanlar — Ramik Əşrəfovun toxunulmaz şəbəkəsi!-VİDEO

Azərbaycanda futbol klubu 400 min manata satıldı

Hacıqabulda maşın yeraltı keçidə aşıb: XƏSARƏT ALANLAR VAR

"Şuşa şəhərciyi"ndə market yanır

Son bir həftədə yaşıllıqlara 19 min manatdan çox ziyan dəyib

Bağlı qapı arxasında qalan uşaq xilas edildi

İan Peart vəfat etdi

Azərbaycandan aldığı əşyaya görə CƏRİMƏLƏNDİ

Bilgəhdə bir günə iki nəfər dənizdə boğuldu

Kanalizasiyanı təmir edən fəhlələr zəhərlənib öldü - VİDEO

İstanbulda ağır qəza - 30 yaralı

Nazim Tahirovun AUDİT ORTAĞI: Dövlətə belə kəf gəlirlər...

Şəmkirdə 12 yaşlı qızı qətlə yetirən bacısı tutuldu

Çinin şimalında torpaq sürüşməsi nəticəsində beş nəfər həlak olub

Azərbaycan klublarının yay transferləri

Rusiya Azərbaycan meyvələrində də "xəstəlik" tapdı

Ukrayna müharibəsi bitir? - Hər şey Trampın fərmanından asılıdr

ABŞ bu ərəb ölkəsinə nüvə silahı verir? - Saziş imzalandı

ADY vətəndaşları ehtiyatlı olmağa çağırdı

"QoçƏt" biabırçılığı –İsti yay günlərində kütləvi zəhərlənmə təhlükəsi!

BDYPİ sürücülərə xəbərdarlıq etdi

Venesuelada zəlzələdə ölənlərin sayı 5500-ü keçdi

53 yaşlı kişini qatar vurub öldürdü

Kamera sındıran "səhiyyə": Bioloji Təbabət Klinikasında baş verən bu özbaşınalığa kim dur deyəcək?

ABŞ-da narahatlıq: Sursatlar sürətlə bitir

Dəhşətli qəza 5 can aldı - 3-ü uşaqdır

Bütün xəbərlər