“Deməli, Əmlak Komitəsi mənə saxta sənəd verib?” – Müşfiq ev qalmaqalından danışdı













“Mən evi 2013-cü ildə Həsənova Gülruxdan almışam. 5 saylı notariusla alqı-satqı olub və Əmlak Komitəsi mənim adıma çıxarış verib”.
Bunu “Yeni Sabah”a açıqlamasında “Bu Şəhərdə”nin ssenaristi Müşfiq Abbasov məhkəmə qərarı ilə əlindən alınan mənzil qalmaqalına aydınlıq gətirərkən deyib. O, bildirib ki, 2016-cı ildə, düz 3 il keçəndən sonra Həsənova Mehriban - ev aldığı xanımın xalası sən demə müəyyən edib ki, bu evi onun əri alıbmış:

“Onun əri öləndən sonra Mehriban Həsənova öz bacısı qızını - Gülrux Həsənovanı ərinin ona aldığı evi geri qaytarması tələbi ilə məhkəməyə verib. Bacısı qızı isə məhkəmədə deyib ki, evi artıq satmışam. O məhkəməni qazanandan sonra Həsənova Mehriban gəlib mənə dedi ki, sənə satılan ev mənim idi, o ev sənə saxta sənədlə satılıb. Evi qaytar.

Mən isə dedim ki, “Əgər saxta sənədlə satılıbsa, Dövlət Əmlak Komitəsi mənə necə sənəd verib?”. Deməli, Əmlak komitəsi mənə saxta sənəd verib? Notarius da həmin saxta sənədi təsdiqləyib alqı-satqıda?

Onda belə çıxır ki, hazırda sizin də yaşadığınız ev bir neçə il sonra məhkəməyə verilib saxta sənədlə alındığı “isbat” edib əlinizdən alına bilər. Əmlak Komitəsi saxta sənəd verir. Belə çıxır ki, hamı kirayədə yaşasın, Azərbaycanda heç kim mülk almasın?

Baxmayaq ki, Prezident dəfələrlə fərmanlar, sərəncamlar imzalayır ki, alqı-satqı bazarında canlanma olsun, insanlar bilsinlər ki, zəmanət var dövlət tərəfindən.

Mən Yasamal məhkəməsində qalib oldum, Yasamal məhkəməsi ədalətli qərar çıxardı. Lakin, Apelasiya məhkəməsi dedi ki, Yasamal məhkəməsi səhv edib, dövlətin sənə verdiyi çıxarış, notariusun təsdiqlədiyi alqı satqı hamısı saxtadır. Evi qaytar, qal evsiz.

Hər ehtimala qarşı hər kəsi xəbərdar edirəm ki, nə qədər insanların evini əllərindən almayıblar, hamı evini satsın. Ərəblərə satın, kirayədə yaşayın, yoxsa, əlinizdən alacaqlar”.

Son xəbərlər

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Tramp ABŞ-nin NATO-ya 600 milyard dollar xərcləməsini dəlilik adlandırıb

Hörmüz boğazını İran idarə edəcək - Qalibaf

Qızıl və gümüş ucuzlaşdı

Argentina və Fransa növbəti oyunlarına çıxacaqlar

Bütün xəbərlər