“Müstəqil mətbuatın yaşaması üçün çətinliklər yaranıb” — YAP-çı deputat












dogruxeber.tv “Azərbaycan” qəzetinin redaktoru, Yeni Azərbaycan Partiyasının (YAP) üzvü olan deputat, prezident yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun Müşahidə Şurasının, Mətbuat Şurası İdarə Heyətinin üzvü Bəxtiyar Sadıqovun AzadlıqRadiosuna verdiyi müsahibəni təqdim edir:


- Son bir ili götürsək, bu dövr Azərbaycan mediası üçün nələrlə yadda qaldı?


- Qoy görüm nələri yada salıram. Son bir il “Azərbaycan” qəzeti üçün 100 illik yubileyi ilə yadda qaldı. Cümhuriyyət dövründə “Azərbaycan”ın 443 sayı çıxmışdı. Amma qəzet sonradan qadağan edildiyindən bir çox nüsxələri itmişdi. Biz onları tapıb elektron variantını yarada bildik və arxivlərə verdik. Bizim üçün əlamətdar oldu. Cənab prezident yubiley münasibətilə bizə məktub ünvanladı, 9 əməkdaşımızı orden-medallarla, fəxri adlarla təltif etdi. Bütövlükdə isə müstəqil mətbuatın yaşaması üçün müəyyən çətinliklər yaranıb. Buna görə şərtlər dəyişdirildi. Həmin şərtlər də mətbuata dövlət dəstəyinin daha yaxından verilməsi və təsirli olması ilə bağlıdır. Qəzetin çapını dayandırıb sayta keçmək istəyənlərə dövlət yardım göstərdi ki, onlar yaşasınlar. Bundan başqa, jurnalistlər şəhərciyində tikinti davam edir. İnanırıq ki, növbəti il elə bu vaxtlar daha bir bina hazır olacaq və evsiz, kirayədə qalan, ailə qura bilməyən, darısqallıqda yaşayan jurnalistlər evlə təmin olunacaqlar. Bütövülkdə mən bu bir ili mətbuat və söz azadlığının inkişafı baxımından müsbət dəyərləndirirəm. Çətinliklərə baxmayaraq inkişaf var, qəzetlər yaşayır. Mən inanıram ki, proqnozlara baxmayaraq qəzetlər hələ bir müddət, bəlkə də daim yaşayacaq.


- Siz bir ili müsbət dəyərləndirirsiniz, ancaq fərqli fikirlər də var ki, Azərbycanda çap mediası artıq ölüb, saytlar bloklanmaqdadır, ölkədə peşəkar jurnalistikanın yerini təhqir, aşağılama jurnalistikası tutur, mətbuata basqılar var.


- “Çap mediası ölür” deyirlər... Mən bilmirəm, hərə öz düşündüyü kimi deyir. Mən faktla qeyd etdim ki, dövlət onu yaşatmaq istəyir və KİV-in İnkişafına Dövlət Dəstəyi Fondunun vasitəsilə müstəqil mətbuata yardım göstərilir. Bu, dövlət mətbuatına, iqtidar mətbuatına aid deyil. Misal üçün biz o yardımdan kənardayıq. İndi bazar iqtisadiyyatıdır, qəzet özü də biznes sayılır. O insanlar ki çevik fəaliyyət göstərirlər, çabalayırlar, maraqlı məsələlərlə, mövzularla oxucu cəlb edirlər, onlar yaşayacaqlar. Amma bazar iqtisadiyyatının qanunu var, bu bazarda fəaliyyət göstərə bilməyən, özünü yaşada bilməyən sıradan çıxacaq. Bu, təbiidir. Ancaq bütün proqnozlara görə, Azərbaycan üçün bu qədər sayda qəzetin olması çoxdur. Hətta bu yaxınlarda söhbət də getdi ki, oxşar qəzet və saytlar birləşsin, maliyyə güclərini birləşdirib qəzetlərini, ya saytlarını yaşatsınlar. Hər şeydə hökuməti günahlandıraq, gözümüzü dövlətə dikək ki, bizə dayaq olsun... Bu, sovet dövrü deyil ki, hər şeyi dövlət idarə etsin.


- Siz mediaya basqı olduğunu düşünmürsünüz?


- Nəyə görə basqı olmalıdır? O başqa məsələ ki vətəndaş narazı qalanda qəzeti, saytı məhkəməyə verə bilir. Sirr deyil ki, bizdə reket qəzetlər, saytlar var. Mətbuat Şurası il ərzində bu qəzetlərin, saytların fəaliyyətini araşdırır, buna şikayətlər komissiyasında, daha sonra reket jurnalistikaya qarşı mübarizə komissiyasında baxılır, qərar qəbul olunur və İdarə Heyətində təsdiqlənir. Reketçiliklə məşğul olan qəzetlər, saytlar bu ədalətli qərarla rastlaşanda, əlbəttə, buna basqı deyəcəklər. Onlar da belə qiymət verir. Dövlət indiyədək hansı qəzeti bağlayıb, hansı saytı bloklayıb?


- Gəncə hadisələrində bəzi məlumatları yaydıqlarına görə “Arqument.az”, “Criminal.az” saytları bloklanmışdı və ya...


- İndi hansı dövlət öz sirrinin yayılmasına, kütləvi iğtişaşlara və ya dövlətçilik əleyhinə çağırışlara, qeyri-qəzetçilik fəaliyyəti göstərənlərə, ziyanlı informasiyanın yayılmasına dözür? Hələ bir çox dövlət qanunlar qəbul edir ki, sosial şəbəkədə bu cür informasiyalar yayılanda onun fəaliyyəti məhdudlaşdırılsın. Kim buna razı olar ki, saytlar vasitəsilə çağırışlar olsun, hətta yerli hakimiyyət orqanlarının əleyhinə meydanlara toplaşsınlar və nəticədə asayişi qoruyan polis zabitləri amansızcasına qətlə yetirilsin? Beləsinin saytı bağlanlmalıdır, bağlanmalı deyil? Bəs dövlət nədən ötrüdür? Dövlət vətəndaşı qorumaq üçündür, dövlət sabitliyi saxlamaq üçündür. Ona görə mən buna normal baxıram.


- Axı onlar kütləvi iğtişaşlara çağırış etməyiblər, informasiya yayıblar, sadəcə.


- Onda çağırış olmayıb, meydana çıxan da olmayıb, iki polis zabiti də qətl olunmayıb? Bunlar axı olub. Onlar durduqları yerdə öldülər?.. Mənim Gəncəylə sıx əlaqəm var. Bacımgil orda yaşayır. Tək rəsmi kanallarla yox, qeyri-rəsmi kanallarla da əlaqəm var. Gəncə mənə yaxın şəhərdir. Mən çox təəssüfləndim, çıxıblar aksiayaya, özü də polisə 20-dək bıçaq zərbəsi vurulub. Bu, yarayarmı?

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər