hadise
25.07.2019, 12:33
Tikinti zamanı qaz xətti zədələndi

Lənkəran rayonunda Şovu kəndi ərazisində yol-tikinti işləri aparılarkən diametri 163 mm olan qaz xətti zədələnib.
“Azəriqaz” İstehsalat Birliyindən dogruxeber.tv-a verilən məlumata görə, Şovu, Təngivan, Siyablı kəndlərinin ümumilikdə 350-yə yaxın abonentinin təmir işləri bitənədək qaz təminatı dayandırılıb.


