Oğruların tapılmamasında maraq nədir? İlginç məlumatlar














Hər bir dövlətdə daxili sabitliyi qorumaq polis orqanının vəzifəsidir. Bu peşənin həm şərəfli, həm də məsuliyyətli olması hər kəsə məlumdur. Amma nədənsə bu peşədə çalışan bəzi məmurlar haqqında dogruxeber.tv informasiya agentliyinin redaksiyasına bir çox xoşa gəlməz məlumatlar daxil olmuşdur. Ötən buraxılışlarımızın birində Yasamal rayon Yeni Yasamal2 ərazisində avtomobillərdən oğurluq olunması barədə məlumat vermişdik. Belə ki, sözü gedən ərazidə yaşayan Əsgərov Ulduz Talıb oğluna məxsus “Vaz 2107 10 SJ 221 dövlət nömrə nişanlı avtomobildə akkumulyator oğurlanmışdır. Vətəndaşın bildirdiyinə görə Daxili İşlər Nazirliyinin 102 məlumat mərkəzinə dəfələrlə məlumat vermişəm, amma təəssüflər olsun ki, hadisədən 2ay ötməsinə baxmayaraq, heç bir qanuni tədbir görülməyib. Zərər çəkmiş şəxs bildirir ki,hadisənin araşdırılmasına baxan Yasamal rayon 29-cu polis bölməsinin tədqiqatçısı Toğrul müəllim oğruların tapılmasında işə soyuq münasibət göstərir. Hətta müraciətdə onu da əlavə edir ki, tədqiqatçı Toğrul müəllimə zəng vurub, məsələ haqqında məlumat almaq istədikdə ona aqressif cavab verərək: “Elə narahatsansa, gəl bizimlə oğruları axtaraq” deyə cavablandırır. Sözü gedən məsələdə maraqlı tərəf budur ki, günün günorta çağı Yeni Yasamal2 bina 10-un həyətində oğurluq olmuş avtomobilin bir neçə metrlik məsafəsində müşahidə kamerası mövcuddur. Belə olduğu təqdirdə cinayətkarın yaxalanmaması nəyin göstəricisidir? Düşünürük ki, aidiyyatı qurumlar bundan sonra sözü gedən məsələni ciddiyətə alıb, cinayətkarları tez bir zamanda məsuliyyətə cəlb edərlər. Beləliklə zərər çəkmiş şəxsə dəyilmiş ziyan ödənilmiş olar.
Məsələ diqqətimizdədir...!
Qarşı tərəfin mövqeyini dinləməyə hazırıq..

Oxunub: 932

Son xəbərlər

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bərdədə 8 kiloqramdan artıq narkotik vasitə aşkarlanıb

"Prezident Kuboku 2026" beynəlxalq reqatasına bu gün Mingəçevirdə yekun vurulacaq

Qazaxıstandan AZAL təyyarəsi ilə bağlı açıqlama

Bu gün Günəşli qəsəbəsinin bəzi ərazilərində işıq olmayacaq

Azərbaycanın sənaye müəssisəsinin mənfəəti 5 dəfə azalıb

ABŞ Avropada qoşun sayını azaldır - Tramp açıqladı

Türkiyədə sərnişin avtobusu qəzaya uğrayıb, 3 nəfər ölüb, 31 sərnişin xəsarət alıb

"V-Mann Construction" hansı qaydanı pozub?

I sinfə qəbul başlayır

Bütün xəbərlər