Bankda krediti olanların DİQQƏTİNƏ!








Son zamanlar bank sektorunda müəyyən sabitləşmə müşahidə olunur. Lakin buna baxmayaraq, bank sektorunda mövcud olan bir sıra problemlər hələ də həllini tapmayıb. Bu problemlərdən biri də biznes kreditlərində artımın müşahidə olunmamasıdır. Hətta Prezident İlham Əliyev ötən gün sosial-iqtisadi sahə ilə bağlı keçirdiyi müşavirədə də mövcud vəziyyətdə bank sektorunda əhəmiyyətli likvidlik olsa da, biznes kreditlərinin artmadığını vurğulayıb.


Biznes kreditlərində artımın baş verməməsinə hansı amillər əngəl törədir və çıxış yolu nədir?


İqtisadçı-ekspert Rəşad Həsənov Redaktor.az-a açıqlamasında bildirib ki, problemli kreditlərin həlli ilə bağlı yeni mexanizm tətbiq olunandan sonra, likvidlik daha da artdı:


“Bu problem uzun müddətdir ki, mövcuddur. Əslində banklar likvid vəsaitləri iqtisadiyyatda yerləşdirməlidir. Çünki likvid vəsaitlər bank üçün əlavə yük formalaşdırır. Bankın funksiyası bu vəsaitlərin idarə olunması və gəlirin əldə edilməsindən ibarətdir. Yəni, indiki şərait bank fəaliyyətinin fəlsəfəsinə zidd situasiyadır.


Hazırkı şəraitdə banklar daha liberal və yumşaq pul-kredit siyasəti həyata keçirə bilmirlər


2015-ci il təcrübəsi göstərdi ki, indiki halda banklar daha etibarlı və sərt pul-kredit siyasəti həyata keçirməlidirlər. Digər tərəfdən, biznesin əksər subyektləri fundamental səbəblərdən dolayı məlum müddət ərzində sınaqdan çıxa bilmədilər. Nəticədə müştərilərin böyük əksəriyyəti problemli müştəri kateqoriyasına daxil olub. Problemli müştərinin isə banklardan kredit cəlb etmək imkanı məhdudlaşır.


İqtisadiyyatda risklər hələ də qalmaqdadır


Son 3 ildə qeyri-neft sektorunun inkişaf etdirilməsi istiqamətində müxtəlif mexanizmlər hazırlanıb. Lakin bu mexanizmlərin təsirləri hələlik çox zəifdir. Ona görə də tələb aşağı düşüb və biznes gözlənilən dinamika ilə inkişaf etmir. Bu məsələdə faizlərin təsiri də danılmaz faktdır. Mənfəət norması azalıb və artıq biznes əvvəlki dövrlərdə olduğu kimi, ilə 70-80% mənfəət norması ilə fəaliyyət göstərmir. Hazırda mənfəət norması təxminən 30-35 faizə düşüb. Bu şərtlər daxilində 20-30 faizlə kredit cəlb edilməsi biznesin özü üçün də maraqlı deyil. Eyni zamanda 2015-ci ildə problemlərin üzə çıxması fonunda Maliyyə Bazarlarına Nəzarət Palatası kreditlərin verilməsi prosedurunu nisbətən çətinləşdirib. Burada əsas məqsəd toksid aktivlərinin yaranması prosesinin qarşısını almaqdır. Lakin bu addım kreditlərin verilməsinə mənfi təsir göstərir.


Likvid aktivlərin çoxalması fonunda bankların kredit faizlərini aşağı salaraq, öz vəsaitlərini iqtisadiyyatda yerləşdirmək istəməməsinin səbəbi nədir?


Birincisi, banklar həmin vəsaitləri yerləşdirmək üçün hansısa böyük müştəri bazasına və iqtisadiyyata malik deyillər. İkincisi, hazırkı şərtlər daxilində vəsaitlərin cəlb olunmasına sərf olunan xərclərlə bağlıdır. Çünki bankların cəlb etdiyi vəsaitlərin əhəmiyyətli hissəsi məhz vətəndaşlara bağlıdır. Mərkəzləşdirilmiş kreditlər isə çox azdır. Bankların vətəndaşdan cəlb etdiyi vəsaitin orta illik faiz dərəcəsi 10% ətrafında dəyişir. Vəsaitlərin üzərinə infilyasiya riskləri və marjanın əlavə olunması faizlərin aşağı düşməsinə mane olur. Ona görə də banklar aşağı pul-kredit siyasəti həyata keçirmir. Verilən kreditlərin geri qaytarılması ilə bağlı risklər də kredit faizlərinin aşağı düşməsinə əngəl törədir. Riskin yüksək olması kredit faizlərinə də təsir edir. Bu isə bank kreditlərinin aşağı düşməsinə və sərt pul siyasəti həyata keçirilməsinə yol açır”.

Son xəbərlər

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Azərbaycana güclü istilər gəlir: Temperatur 40 dərəcəyə çatacaq

Pensiyanız arta bilər - Çoxunun bilmədiyi hesablama

Həftəsonu 15 min 700-dən çox bakalavr imtahan verəcək

Veysəloğlu Şirkətlər Qrupu AYİB-in 35-ci İllik Toplantısı və Biznes Forumunda təmsil olunub

Rusiyanın səfiri İrəvana qayıtdı: Moskvada hansı təlimatlar alıb?

Şuşa Bəyannaməsi Cənubi Qafqazda yeni təhlükəsizlik və əməkdaşlıq modelinin əsasını yaradıb

Bakı Metropoliteni yay qrafikinə keçid edir

Azərbaycanda qida məhsulları ucuzlaşıb

Hakan Fidandan Vaşinqton və Tehrana hədəfli çağırış: "Proses alt-üst oldu"

Sosial şəbəkələrdə mənə qarşı şantaj tipli yazılar yazmağa başladılar – Psixoloq

Türkiyə anons etdi: Ermənistanla sərhədlər açılır, ticarət milyarda yüksələcək

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Bütün xəbərlər