Deputat: Bolqarıstan deputatlarının Dağlıq Qarabağa səfəri beynəlxalq hüquqa zidd addımdır














Bolqarıstan parlamentinin deputatları Valeri Simeonov və İordan Apostolovun Azərbaycanın işğal olunmuş Dağlıq Qarabağ ərazisinə səfər etmələri və oradakı qondarma rejimin nümayəndələri ilə görüşmələri birbaşa beynəlxalq hüquq pozuntusudur. Çünki Dağlıq Qarabağdakı qondarma rejimi dünyanın heç bir dövləti tanımır, hətta işğalçı Ermənistanın özü belə tanıya bilməyib.

Bunu Trend-ə Milli Məclisin Yeni Azərbaycan Partiyasından olan deputatı Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, NATO-nun, Avropa İttifaqının üzvü olan Bolqarıstan kimi bir dövlətin deputatlarının belə bir addım atması eyni zamanda qondarma rejimi legitimləşdirmək cəhdi kimi də qiymətləndirilməlidir:

“Belə addımlar, əslində, Avropa İttifaqı, NATO üzvü olan dövlətlərin beynəlxalq arenada davranışları ilə bağlı üzərinə götürdükləri öhdəliklərə tamamilə ziddir və hesab edirəm ki, belə səfərlərə onların şəxsi arzuları, fərdi səfərləri kimi yanaşmalar qəbuledilməzdir. Bəzən, belə halların şahidi oluruq ki, müvafiq dövlətlərin yüksək rütbəli təmsilçiləri Dağlıq Qarabağa analoji səfərlər etdikdən sonra onların rəhbərləri vəziyyətdən çıxmaq üçün belə ifadələr işlədirlər ki, guya bu səfər dövlətin mövqeyi ilə üst-üstə düşmür, bu, onların şəxsi səfəridir və s. Bu kimi yanaşmalar kökündən yalnışdır.

Xüsusilə, nəzərə alsaq ki, Bolqarıstandan olan bu iki deputatın Dağlıq Qarabağa səfəri zamanı qondarma rejimin qondarma “parlamenti”nin qondarma “spikeri” ilə danışıqlar aparması ümumiyyətlə bir daha nümayiş etdirir ki, bu addım əslində separatçı rejimə legitimlik gətirmək əlamətidir”.

Deputat bildirib ki, belə hallarda Azərbaycan Xarici İşlər Nazirliyi həmin şəxsləri “persona non-qrant” şəxslər elan edir və özünün “arzuolunmaz şəxslər” siyahısına daxil edir:

“Nəzərə alın ki, Bolqarıstanla Azərbaycan arasında münasibtlər kifayət qədər inkişaf edib, Bolqarıstan da Cənub Qaz Dəhlizi layihəsinin əsas tərəfdaşlarından biridir və bu ölkənin Baş naziri Azərbaycana səfər edərkən dövlət başçısı cənab İlham Əliyevdən Bolqarıstana bir milyard kubmetr qaz verilməsini xahiş etmişdi. Yəni bütün bunlar onu göstərir ki, Bolqarıstan-Azərbaycan münasibətləri kifayət qədər inkişaf etmiş səviyyədədir. Lakin belə hallar təbii ki, münasibətlərimizə kölgə salır. Ona görə də hesab edirəm ki, həmin deputatların Bolqarıstanın mili dövlətçilik maraqlarına zidd addımlarına hüquqi müstəvidə qiymət veriləcək”.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər