“Paşinyanın yalanı erməni xalqını çətin vəziyyətə salacaq” — Politoloq














“Ermənistanın Baş naziri N.Paşinyan Dağlıq Qarabağı Ermənistanın tərkib hissəsi elan etdi. Bununla da o, ATƏT-in Minsk Qrupu həmsədrlərinin fəaliyyətinə müharibə elan etdi; ATƏT MQ-nin əsas təyinatı Dağlıq Qarabağın statusun müəyyən olunmasıdır. Paşinyanın həmsədrlərin ortalığa qoyduğu variantı rədd etməsinə ATƏT MQ-nin reaksiya verib-verməyəcəyi özündən asılıdır. Həmsədrlərin mövqeyinin Dağlıq Qarabağ tənzimlənməsində Azərbaycanın davranışına təsir edəcəyi şəksizdir”.


dogruxeber.tv xəbər verir ki, bunu politoloq Mübariz Əhmədoğlu bildirib.


O qeyd edib ki, Paşinyanın sayıqlaması erməninin siyasi isteblişmentinin yalan və tərbiyəsizliyi özlərinin davranış elementinə çevirdiyini aşkarladı:


“Erməni məntiqinə görə “deportasiyaya” məruz qalan Dağlıq Qarabağdakı ermənilər Dağlıq Qarabağda yaşayırlar, sayları da artır. Amma erməniləri “deportasiyaya” məruz qoyan Dağlıq Qarabağ azərbaycanlıları indi həmin ərazidə yaşamır. Erməni məntiqinə görə “Dağlıq Qarabağ xalqı”, “Artsax xalqı” adlı xalq var. N.Paşinyan, Z.Mnasakanyan da daxil olmaqla indiki və ya keçmiş erməni siyasətçisi, alimi “Artsax xalqı” və yaxud “Dağlıq Qarabağ xalqı” terminin istifadə olunduğu heç bir sənəd, ciddi mənbə göstərə bilməzlər. Tərbiyəsizlikləri Paşinyan və Mnasakanyan üçün gəlir mənbəyinə çevrilsə də erməni xalqının əleyhinədir. Çünki onların yalanı erməni xalqını çətin vəziyyətə salacaq”.


Politoloq əlavə edib ki, 2016-cı ilin aprel hadisələrində çox vacib baş verənlərdən biri S.Sərkisyanın Almaniyaya qaçaraq kömək istəməsi idi:


“O zaman S.Sərkisyan belə arqument gətirdi ki, Ermənistanın silahları Rusiyanın köhnə silahlardır. Ona görə Ermənistan hal-hazırda uduzur və Qərb dünyasından müharibəni dayandırmaqla bağlı kömək istədi. Ermənistan bir az ondan öncə isə Moskvaya hərbi əməliyyatları dayandırmaqla bağlı kömək üçün yalvarmışdı. S.Sərkisyan həyasızlıq edirdi, yalan da danışırdı, amma müəyyən məsafə saxlaya bilmişdi. N.Paşinyan indi elə vəziyyət yaradıb ki, Azərbaycan ordusu hərəkətə keçəndə heç bir beynəlxalq qüvvə Azərbaycanın əleyhinə bir söz deməyəcək. N.Paşinyan müraciət etməyə ünvan tapmayacaq”./Demokrat.az

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər