Qubada narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)










Quba Rayon Polis Şöbəsi əməkdaşlarının keçirdikləri növbəti uğurlu əməliyyat tədbiri nəticəsində rayon ərazisində narkotik vasitələrin qanunsuz dövriyyəsində və alqı-satqısında şübhəli bilinən dəstə üzvləri saxlanılıb.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Quba rayonunda regional qrupundan Trend-ə verilən məlumata görə, keçirilən əməliyyat tədbirləri nəticəsində rayon sakini, 44 yaşlı Ceyhun Əhmədov narkotik vasitələrin qanunsuz dövriyyəsi və alqı-satqısında şübhəli bilindiyi üçün polis əməkdaşları tərəfindən saxlanılıb. Hal şahidlərinin iştirakı ilə C.Əhmədovun üzərinə keçirilən şəxsi axtarış zamanı ondan iki bükümdə, yaşadığı evdən isə satış üçün hazırlanmış 54 ədəd bükümdə narkotik maddə olan heroin və bir ədəd elektron tərəzi aşkar olunaraq götürülüb. Ceyhun Əhmədov ifadəsində narkotik maddələri satmaq üçün rayon sakinləri, 41 yaşlı Xalid Əmirəliyev və əvvəllər məhkum olunmuş, 34 yaşlı Sadiq Talıbovdan aldığını bildirib.

Faktla bağlı saxlanılan şəxslər barəsində Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, istintaq tədbirləri davam etdirilir.

Əməliyyat tədbirlərinin davamı olaraq narkotik vasitələrin satışı ilə məşğul digər dəstə, X.Əmirəliyev və S.Talıbov şöbə əməkdaşları tərəfindən tutularaq istintaqa təqdim olunublar. Onların yaşadıqları evlərə keçirilən baxış zamanı, Xalid Əmirəliyevə məxsus fərdi yaşayış evindən satış üçün hazırlanmış heroin, çəkisi 9 kiloqrama yaxın olan xüsusi aqrotexniki qaydada qulluq edilərək yetişdirilmiş çətənə kolları və elektron tərəzi, Sadiq Talıbova məxsus evdən isə satış üçün hazırlanmış narkotik maddə olan heroin aşkar edilərək götürülüb.
Qubada narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)
Qubada narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)
Qubada narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)
Qubada narkotik maddələrin qanunsuz dövriyyəsi ilə məşğul olan şəxslər saxlanılıb (FOTO)

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər