Vikimaniya beynəlxalq konfransında ölkəmizi üç vikipediyaçı təmsil edəcək








Avqustun 14-dən 18-dək İsveç Krallığının paytaxtı Stokholmda 15-ci Vikimaniya beynəlxalq konfransı keçiriləcək.

dogruxeber.tv xəbər verir ki, konfransda ölkəmizi “Azərbaycan vikimedia könüllüləri” İctimai Birliyinin sədri Elgün Atalıyev, “Vikipediya”nın azərbaycanca dil bölməsinin idarəçisi Eldar Əzimov və fəal vikipediya istifadəçisi Aida Aslanova təmsil edəcək.

Vikimaniya konfransı 2005-ci ildən etibarən ildə bir dəfə dünyanın müxtəlif şəhərlərində “Vikipediya” və digər əlaqəli layihələrin redaktorlarının iştirakı ilə keçirilən beynəlxalq tədbirdir. Müxtəlif ölkələrdən yüzlərlə vikipediyaçının qatıldığı konfransda “Vikipediya”nın bugünü və inkişaf perspektivləri müzakirə olunur, mühazirələr və görüşlər təşkil edilir. Həmçinin “Vikipediya”nın müxtəlif dil bölmələri üçün qarşıda duran vəzifə və problemlər, elektron elmin nəzəri problemləri ətrafında müzakirələr aparılır. Təmsil olunan ölkələrin və iştirakçıların sayı hər il müxtəlif olur. Beynəlxalq tədbirdə adətən 50-dən çox ölkə və 800-dən artıq nümayəndə iştirak edir.

Vikimedia fondu hər il müxtəlif ölkələrdə beynəlxlaq Vikimaniya konfransını təşkil edir. Fondun əsası 2003-cü ildə Cimmi Uels tərəfindən qoyulub. Vikimedia Fondu bir neçə layihəni özündə birləşdirir və ən geniş yayılmış layihəsi “Vikipediya” hesab olunur. Elektron elmin formalaşmasında könüllü vikipediyaçıların rolu danılmazdır.

Xatırladaq ki, Vikimedianın 16 layihəsindən biri olan “Vikipediya”nın Azərbaycan dili bölməsi 2004-cü ildən fəaliyyət göstərir. “Vikipediya”nın 300 dil bölməsi arasında məqalə sayına görə Azərbaycan hazırda 149 mindən çox məqalə sayı ilə 51-ci sıradadır./Turkustan.info

Oxunub: 760

Son xəbərlər

İlham Əliyevin Çexiyanın Baş naziri ilə təkbətək görüşü keçirilib

İmtahanların başlama saatı DƏYİŞDİRİLDİ

Amnistiya aktının icrası başa çatıb

Kür çayının aşağı axınına suyun buraxılması qərara alındı

Azərbaycan deflimpiyaçıları karate üzrə şotokan dünya çempionatında 7 medal qazanıblar

Bu maşınlara işıq və səs siqnallarından istifadə HÜQUQU VERİLİR

2025-ci ildə qlobal hərbi xərclər 2,8 trilyon dolları keçib

Misli Premyer Liqası: "Sabah" üçün asan, "Zirə" üçün çətin rəqib

Azərbaycan boks millisi Dünya Kubokunda komanda hesabında ikinci yeri tutub

Bu günə olan valyuta məzənnələri

Mərkəzi Bankın tenderi niyə ləğv olundu?

Avropanın bu yay ən populyar olacaq istiqamətləri açıqlandı - TOP-10

Tədqiqatçılar üçün laboratoriya avadanlıqlarının vahid rəqəmsal bazası yaradılıb

Ərdoğan və Tramp arasında telefon danışığı baş tutub

6 bal gücündə zəlzələ baş verib - Yaponiyada

Sabiq icra başçısı vəfat etdi

İtkin düşən 13 nəfər ötən gün tapılıb

İranın Əlborz əyalətində yapışqan istehsalı zavodu yanır

"Neftçi" və "Qarabağ" azarkeşləri təmkinli olmağa çağırıb

Türkiyə və Suriya birgə əməliyyat keçirib, 236 kq narkotik aşkarlanıb

Tehran aeroportu fəaliyyətini bərpa etdi

Gələn həftə güclü yağış yağacaq, şimşək çaxacaq, dolu düşəcək

Pulunu dollarlarla saxlayanlara şad xəbər

"Dövlət qurumları nasaz avtomobilləri sığortalayır" - Hesablama Palatası

İbrahim Tatlısəsin qızı psixoloji problemlərindən danışdı

Azərbaycan XİN-dən Nyu York merinə CAVAB

Ağamirzə: "Gənclər nəsihətə qulaq asmır"

Zelenski ölkəsinə yardıma görə Prezident İlham Əliyevə təşəkkür etdi

İlham Əliyev: "SOCAR Ukraynada uzun illərdir ki, uğurla fəaliyyət göstərir"

Sumqayıtda baş verən yol qəzası ilə bağlı ziddiyyətli açıqlamalar

Bütün xəbərlər