“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”











Vaxtaşırı olaraq ortaya çıxıb yayın istisində Aran camaatının əlini işdən-gecdən soyudan mərdimazar “sirli məxluq” (belələrinə qulyabanı, şəyatin, hətta xortdan adı vermək olar) hələ də “yaxalanmayıb”. Və yerli məmurlar da yayın istisində, pambığın, baramanın qızğın çağında rayonun Çiyni kəndinin camaatını qorxuya salan məxluqun tutulması üçün zəruri göstərişlər verməli olublar. (Oxucuların nəzərinə-əhvalat Mirzə Cəlilin felyetonlarından götürülməyib, real həyatda, Mərkəzi Aran bölgəsində cərəyan etməkdədir,-red.)

Xatırladaq ki, artıq bir neçə gündür Çiyni kəndi ərazisində sakinləri təlaşa salan qulyabanı ilə bağlı hər gün yeni məlumatlar yayılır. Sonuncu dəfə bu əcaib və tüklü məxluqu kənd sakinləri dəmir yolu stansiyasının yaxınlığında görüblər. Bu haqda virtualaz.org-a kəndin icra nümayəndəsi Vüqar Zeynalov demişdi. O bildirmişdi ki, indiyə qədər kənd camaatı belə məxluqla qarşılaşmamışdı:“Bütün kənd narahatdır, indiyə qədər kənd camaatı belə sirli məxluq görməmişdi. Axtarışlar davam edir, kəndə polis cəlb olunub, hər yer axtarılır”.

Bir gün əvvəl isə hansısa sayt “qulyabanının tutulduğu” haqda məlumat yayıb. Amma DİN-in Mətbuat xidmətinin Şirvan regional qrupunun baş inspektoru, polis leytenantı Toğrul Nəsirli bu xəbəri təkzib edib. Deyib ki, Çiyni kəndində neçə gündür polis postları qurulub, amma hələ ki, həmin naməlum məxluq görünməyib. Axtarışlar isə davam edir.



Bəs rayon İcra Hakimiyyətində qulyabani haqda nə tədbir görürlər? Axı həmin məxluq kənd camaatının əlini işdən-gücdən soyudub. Onlar gecələr çölə çıxmaqdan qorxurlar, evlərində rahat yata bilmirlər…

Ucar Rayon İcra Hakimiyyətinin şöbə müdiri Cəbrayıl Tağıyev virtualaz.org-a açıqlama verərək bildirib ki, naməlum məxluqun tutulması üçün kənd icra nümayəndəsinə və sahə müvəkkilinə tapşırıq verilib: “Bir neçə gün əvvəl belə məlumat yayıldı ki, kənd sakinləri Çiyni kəndi ərazisində qulyabanı görüblər. Guya kənddə gəzərək adamları qorxudur. Hətta televiziyalardan biri də gəlib çəkiliş apardı. Polis də axtarışa başladı, amma hələ ki, elə bir şey aşkarlanmadı. Həmin ərazi üzrə icra nümayəndəsinə və sahə müvəkkilinə tapşırılıb ki, ərazini nəzarətdə saxlasınlar”, – C. Tağıyev bildirib.

İcra rəsmisi həmçinin qəribə canlının başqa kəndə keçmə ehtimalına da aydınlıq gətirib. “Vallah bizim o qədər işimiz var ki, başımızı qaşımağa vaxtımız yoxdur, pambıqla, barama qurdu ilə məşğuluq. Əlbəttə, əgər qulyabanının vertolyotu olarsa, qonşu kəndlərə də keçə bilər”,-şöbə müdiri ironiya ilə bildirib.



Bəs “cin”, “şəyatin”, “qulyabanı” və digər adlarla adlandırılan bu naməlum canlı barədə alimlərimiz nə düşünür? Hansı ki, sakinlər həmin məxluqun “başdan ayağa tüklü olduğunu, çox iti qaçdığını, hündür divarlara da dırmaşa bildiyini” deyirlər. Bu əlamətlər məxluq barədə alimlərdə hansısa qənaət yaradırmı?

Bu suala cavab almaq üçün və Çiyni sakinlərini təşvişə salan məxluqun heyvanlar aləminə aid olması ehtimalını (hərçənd başqa variantlar da mümkündür) əsas götürərək AMEA-nın Zoologiya İnstitutuna zəng vurduq.

İnstitutdan virtualaz.org-a suala cavab olaraq bildiriblər ki, ola bilsin burada söhbət dördayaqlı varlıqdan gedir. Həmin varlıq isə onurğalılar sinfinə daxildir və hazırda institutun Quru Onurğalıları Laboratoriyasının bütün əməkdaşları məzuniyyətdə olduğundan həmin canlının nə ola biləcəyi barədə danışa biləcək adam yoxdur.

Beləliklə, müvafiq sahə üzrə alimlər də istirahətdə olduğundan məsələ bir az da qəlizləşir, “sirli məxluq” hələ bir müddət də Aran camaatını qorxutmaqda davam edəcək…
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”
“Nə qulyabanı? Başımız qarışıb pambığa, baramaya…”

Oxunub: 1 166

Son xəbərlər

Millimizin baş məşqçisi istefaya göndərildi

Ukraynaya 90 milyard avroluq kredit ayrıldı

Almaniyanın "Fortuna" klubu 28 futbolçusu ilə vidalaşa bilər

Azərbaycanın 5 vətəndaşı repatriasiya olundu

Suriyadan 5 Azərbaycan vətəndaşı ölkəyə gətirildi

Ölkədə yeni dövlət rüsumu müəyyən EDİLİR

Gürcüstan ATƏT sədrliyinə namizədliyini təqdim edib

Edqars Rinkeviçsin şərəfinə rəsmi lanç verildi

Azərbaycanda zəlzələ olub

Gürcüstan və Ermənistanın müdafiə nazirləri regional təhlükəsizliyi müzakirə edib

Bakıda qətl törədən şəxsə ağır cəza istənildi

Prezidedent latviyalı həmkarını sülh prosesi barədə məlumatlandırıb

Bakıda şirkətdən 11 min manatlıq oğurluq edilib

55 mindən çox şagird imtahan verəcək

Azərbaycan-Latviya sənədləri mübadilə edildi

Hesablama Palatası Naxçıvan MSK-da dövlət vəsaitlərinin istifadəsində nöqsanlar aşkarlayıb

Barat Yusubov vəzifəsindən azad edildi

Sabahın havası AÇIQLANDI

FTX Müdafiə Nazirliyinə terror hücumunun qarşısını aldı

Liderlər mətbuata bəyanatlarla çıxış edirlər

Azərbaycan I rübdə Qarabağ və Şərqi Zənzəgura 386 milyon manat vəsait qoyub

“Kitab həmin dövrdə Latviyada geniş ictimai marağa səbəb olub”

Prezident İlham Əliyevin Latviya Prezidenti ilə təkbətək görüşü olub

Azərbaycan neftindən ŞAD XƏBƏR

Birbank Invest 9 ay ərzində 25 milyon dövriyyə edib

Birbank-da müraciətlərin 70%-ni süni intellekt cavablandırır

“Sabah”, yoxsa “Qarabağ”? – Finalçı bəlli olur

45 min iranlı evsiz qalıb

20 min uçuş ləğv edilir - Bu ölkədə

Latviya Prezidenti Ulu Öndər Heydər Əliyevin məzarını ziyarət edib

Bütün xəbərlər