gundem
19.08.2019
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTO
![]()
Gecə təlim-məşq uçuşu keçirən zaman qəzaya uğramış Hərbi Hava Qüvvələrinin MiQ-29 təyyarəsinin “qara qutusu” tapılaraq dənizdən çıxarılıb.
Bu barədə "dogruxeber.tv"a Azərbaycan Müdafiə Nazirliyinin Mətbuat xidmətindən bildirilib.
Qəzaya uğrayan MiQ-29 təyyarəsinin “qara qutusu” tapılıb - FOTOHazırda qurğunun içərisində olan məlumatların əldə edilməsi məqsədilə “qara qutunun” texniki vəziyyəti öyrənilir.
Eyni zamanda təyyarənin qalıqlarının dənizin dibindən çıxarılması üzrə tədbirlər davam etdirilir.![]()
![]()


