hadise
19.08.2019, 10:47
Yasamalda səfirlik attaşesi qəzaya düşdü

Dünən saat 17:30-da Yasamal rayonu, Tbilisi prospektində yol-nəqliyyat hadisəsi baş verib.
dogruxeber.tv-a daxil olan məlumata görə, 1976-cı il təvəllüdlü Şaiq İbrahimovun idarə etdiyi “Mercedes” markalı 90-NO-987 dövlət qeydiyyat nişanlı avtomobillə Misir səfirliyində attaşe işləyən 1984-cü il təvəllüdlü Ahmed Mohamed Fathenin idarə etdiyi səfirliyə məxsus “BMW” markalı 012D004 dövlət qeydiyyat nişanlı avtomobillər toqquşub.
Hadisə nəticəsində xəsarət alan olmayıb, avtomobillərə maddi ziyan dəyib.
Faktla bağlı araşdırma aparılır./Qafqazinfo


