Yeni istifadəyə verilən eskalator niyə dayandı?












Bu gün səhər saatlarında yeni istifadəyə verilmiş “Xətai” stansiyasında eskalator qəfil dayanıb. “dogruxeber.tv” xəbər verir ki, hadisə şahidlərinin bildirdiyinə görə, bu zaman bir qadının halı pisləşib və yıxlıb. Bu zaman gənclərdən biri ona yardım edərək yuxarıya qaldırıb. Sərnişinlərin bildirdiyinə görə, bu vəziyyət ötən gün də baş verib. Onlar yeni istifadəyə verilmiş eskalatorun qəfil dayanmasının səbəbini sorğulayırlar.

“Qafqazinfo” məsələ ilə bağlı Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədovla əlaqə saxlayıb. O bildirib ki, ötən gün baş verən dayanma sərnişinlərdən birinin ehtiyatsız davranması səbəbindən olub: “Belə ki, yeni eskalatorlarda stop düyməsi var. Köhnə eskalatorlarda isə bu düymə açar formasındadır. Sərnişinlərdən kimsə ötən gün bir dəfə düyməni sıxıb. Nəticədə eskalatorların hərəkəti dayanıb. Onu qeyd edim ki, stansiyalarda yeni qurulan eskalatorlar daimi nəzarət altındadır. Sərnişinlər də görür ki, əməkdaşlarım hər gün baxış keçirir, təhlillər aparır. Çünki eskalator bir neçə gündür ki, sərnişin yükü altında işləyir. Bu, təhlükəsizlik tədbiridir və texniki normativlərə əsasən baxılmalıdır.Biz sərnişinlərə bu düymələrlə bağlı xəbərdarlıq edirik. Bu gün səhər dayanmanın səbəbi isə plastik maddə qırıntısının eskalatora düşməsidir. Eskalatora hər hansı bir qırıntı düşdüyü halda, sistem bununla bağlı siqnal verir. Əməkdaşlar isə bu zaman təhlükəsizlik baxımından eskalatoru saxlamalıdır və baxış keçirməlidir. 2 dəqiqə müddətində eskalatora baxış keçirilib və sonra qoşulub”.

Oxunub: 611

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər