Rafael Cəbrayılova töhmət verilə bilər













“Deputat vəsiqəsini girov qoyub borc götürmək heç bir mənəvi kriteriyaya uyğun gəlməyən addımdır. Deputat vəsiqəsi niyə girov qoyulur ki?!”

Bunu “Qafqazinfo”ya açıqlamasında Milli Məclisin İntizam Komissiyasının üzvü, deputat Fazil Mustafa deyib.

O qeyd edib ki, bu, heç bir məntiqə sığmır: “Mən indi söhbətin kimdən getdiyini bilmirəm. Bütövlükdə bu deputat statusuna qarşı sayğısızlıqdır. Bu, sırf etik xarakterli məsələdir. Qanunda deputat adına yaraşmayan əməllər törətmək müddəası var. Bu məsələ də mənə elə gəlir ki, o kateqoriyaya daxildir. Məsələ sadəcə deputat adına yaraşmayan, etikadan kənar hərəkət kateqoriyasına aiddir”.

Məsələnin parlamentin İntizam Komissiyasında müzakirə olunub olunmayacağı sualına gəlincə isə, F. Mustafa problemin ciddi olduğunu vurğulayıb: “Ona görə də Milli Məclisin İntizam Komissiyasında müzakirəyə çıxarıla bilər. Çünki girov qoyulması üçün qanunvericilikdə yollar var. Hər hansı əmlakını qoyub girov qoyub borc götürə bilərsən. Deputat vəsiqəsi girov sayılmır ki?! Deputat vəqisəsi birinci növbədə, statusu təsdiq edən sənəddir. Bu sənəd də toxunulmazdır, başqasına verilə bilməz. Əgər belə hal varsa, deputata töhmət verilə bilər. Bunu isə ictimai rəy həll edəcək.

Belə hallarda hər hansı faktın araşdırılması üçün Milli Məclisin sədri İntizam Komissiyasına müraciət edir. Yaxud da Milli Məclisin sessiyasında hər hansı millət vəkili məsələni qaldıra bilər. Sədr bunu məqsədəuyğun sayırsa, məsələni araşdırmaq üçün İntizam Komissiyasına göndərir”.

Xatırladaq ki, report.az saytı deputat Rafael Cəbrayılovun vəsiqəsini girov qoyaraq borc götürməsi haqqında informasiya yayıb.

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər