gundem
21.09.2019, 14:29
Prezident icra başçısına orden verdi

Prezident İlham Əliyev Qax Rayon İcra Hakimiyyətinin başçısı Musa Şaban oğlu Şəkiliyevi orden ilə təltif edilməsi ilə bağlı sərəncam imzalayıb.
dogruxeber.tv xəbər verir ki, sərəncamda deyilir:
"Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 23-cü bəndini rəhbər tutaraq qərara alıram:
Azərbaycan Respublikasının ictimai-siyasi həyatında fəal iştirakına görə Musa Şaban oğlu Şəkiliyev 2-ci dərəcəli “Vətənə xidmətə görə” ordeni ilə təltif edilsin."/Demokrat.az


