gundem
23.09.2019, 15:49
Nəşi neytral zonada qalan əsgərimizlə bağlı YENİ AÇIQLAMA

"Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) Azərbaycan nümayəndəliyi sentyabrın 22-də yolu azaraq düşmənlə üzbəüz mövqelər arasındakı ərazidə ermənilər tərəfindən vurulan əsgər Abdulrəhmanov Ramin Şövkət oğlunun nəşinin ərazidən təhlükəsiz təxliyyəsi üçün məlumatlandırılıb”.
dogruxeber.tv bildirir ki, bu barədə "Report"-a BQXK-nın Azərbaycan nümayəndəliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəhbəri İlahə Hüseynova məlumat verib.
Onun sözlərinə görə, Beynəlxalq Qızıl Xaç Komitəsi bununla bağlı müvafiq qurumlarla konfidensial ikitərəfli dialoq aparılır.


