hadise
23.09.2019
Türkiyədə daha 7 terrorçu öldürüldü

Türkiyənin Şırnak vilayətinin Beytüşşebab rayonunda PKK terror təşkilatına qarşı hava əməliyyatı keçirilib.
“dogruxeber.tv-ın “milliyet”ə istinadən verdiyi xəbərə görə, əməliyyat çərçivəsində 7 PKK-lı zərərsizləşdirib.
Terrorçulara məxsus külli miqdarda silah ələ keçirilib.
Daxili İşlər Nazirliyinin məlumatına görə, bölgədə əməliyyat davam etdirilir.


