siyaset
25.09.2019
Ərdoğan Dağlıq Qarabağ münaqişəsindən danışdı
![]()
BMT-nin Təhlükəsizlik Şurasının qəbul etdiyi qətnamələrə baxmayaraq, Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ətraf rayonları hələ də Ermənistanın işğalı altındadır.
dogruxeber.tv xəbər verir ki, bu fikri BMT Baş Assambleyasının 74-cü sessiyasında çıxış edən Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.
"Azərbaycan torpaqlarının işğal altında saxlanılması qəbuledilməzdir”, - deyə Prezident vurğulayıb.
O, qeyd edib ki, Cənubi Qafqaz dünyanın problemli bölgələri sırasından çıxarılmalıdır./Publika.az


