Külli miqdarda borcu olan deputatla bağlı - Maraqlı faktlar













Bir neçə gündür ki, ölkə gündəmində deputat Rafael Cəbrayılovun mandat vəsiqəsini girov qoyaraq pul götürməsi müzakirə olunur.

“dogruxeber.tv” xəbər verir ki, problemin miqyası artıq böyüyüb. YAP-çı deputat Siyavuş Novruzov bu vəziyyəti cinayət kimi qiymətləndirib. Parlamentin İntizam Komissiyasının sədri, deputat Ağacan Əbiyev də həmkarının məsələsinə baxılacağını bildirib. Bu vəziyyətdə onun mandatından azad olunacağı da bildirilir.

“Qafqazinfo” məsələnin aktual olduğu bir vaxtda Rafael Cəbrayılov haqqında araşdırma aparıb.

Bildirək ki, R. Cəbrayılov 1985-1992-ci illərdə Sabirabad rayon prokurorluğunun müstəntiqi və baş müstəntiqi, 1992-ci ildən isə Baş Prokurorluğunda müxtəlif məsul vəzifələrdə çalışıb. Rütbəsi Ədliyyə müşaviridir (ədliyyə polkovnik-leytenantıdır). Ailəlidir, iki övladı var.

O, 2005- ci ildə ilk dəfə deputat seçilib. Sonuncu çağırışda isə 46 saylı Şirvan seçki dairəsindən deputat olub. Eyni zamanda, hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvüdür.

Deputatın uzun illərdir ki, tikinti biznesi ilə məşğul olduğu bildirilir. Hələ 2013-cü ildən onun tikinti biznesinin batması haqqında məlumatlar yayılmışdı. Bildirilirdi ki, banklar deputatı artıq etibarlı müştəri hesab etmir. Ona görə də bir sıra banklar deputata kredit verməkdən imtina edib. Hətta “Nikoil bank”la deputat arasında məhkəmə qalmaqalı da baş tutub. Qalmaqala səbəb deputatın və qardaşlarının banka olan borclarını ödəməmələri olub. Deputat özü isə mətbuata açıqlamasında tikinti biznesiylə qardaşları Rauf və Elşən Cəbrayılovların məşğul olduğunu bildirib.

Mətbuata bir neçə dəfə ayrı-ayrı şəxslər müraciət edərək deputat tərəfindən aldadıldıqlarını iddia ediblər. Elə sonuncu qalmaqalda da onun Təranə Fətəliyevadan 300 min dollar borc alıb geri verməməsi iddia edilib. /Qafqazinfo

Son xəbərlər

Nazirlik 3548 müəllimlə bağlı məlumat yaydı

Moskva vilayətinə "qara yağış" yağdı

Milli Qəhrəman Mübariz İbrahimovun şəhid olmasından 16 il ötür

Filippində zəlzələ nəticəsində ölənlərin sayı 78 nəfərə çatıb

Tikinti materiallarının istehsalı artıb

Sahibə Qafarova Rusiya Federasiya Şurası sədrinin birinci müavini ilə görüşdü

İran uranı zənginləşdirməkdən çəkilir

19 minlik naqilləri oğurlayan dəstə saxlanıldı – Video

Koreyalılar Azərbaycana vizasız gələcək? - XİN açıqladı

II və III qrupların keçid balları ilə bağlı mühüm proqnoz

Rusiya Ukraynanın PUA mərkəzini vurdu

Keçmiş vəkil hakim qarşısında

Türkiyəli aktyor saxlanıldı

Goranboyda ata qızını öldürən kürəkəni bağışladı

Avtobuslarda kondisioner problemi - "Sərnişin az olanda söndürün" qərarını kim verib?

"Səbail” baş məşqçisi ilə yollarını ayırdı

Hava limanında PARTLAYIŞ - Silah səsləri eşidildi

Paşinyan Aİİ-yə gedir – İrəvandan QƏRAR

Ermənistandan Türkiyə ilə sərhədlərin açılması barədə açıqlama

Abşeron rayonunda “17 İyun Tibb İşçilərinin Peşə Bayramı Günü” qeyd edilib

Pendirin bu xeyrini bilirdiniz?

Sabahdan daha bir marşrut üzrə bütün avtobuslar yenilənir

Sabah bütün pensiyalar ödəniləcək

Azərbaycanda 5 min manat maaş alan işçilər kimlərdir?

Qaraciyər piylənməsinin qarşısını alan bitki - yemişan

ABŞ Konqresində İranla anlaşma memorandumu tənqid edilib

Azərbaycanda doğulanlar azalıb

Neftin bu günə olan qiyməti

Azərbaycanda qocalar evində yaşayanların sayı açıqlandı – Kimlər qəbul olunur?

Azərbaycanın 33 il əvvəl axtarışa verdiyi şəxs Almaniyada tutuldu

Bütün xəbərlər