hadise
1.10.2019
Samuxda qaz balonu partladı: qadın şoka düşdü

Samuxda qaz balonu partlayıb.
dogruxeber.tv-ın bölgə müxbiri xəbər verir ki, hadisə rayonun Salahlı kəndində, 1961-ci il təvəllüdlü Abbasov Şahbaz İlyas oğluna məxsus yaşayış evində qeydə alınıb.
Kənd sakini Ş.Abbasov qaz balonunu düzəldən zaman partlayış baş verib.
Nəticədə, Ş.Abbasov və qardaşının həyat yoldaşı, 1961-ci il təvəllüdlü Abbasova Gülyaz Musa qızı müxtəlif dərəcəli yanıq xəsarəti ilə xəstəxanaya yerləşdirilib. Ş.Abbasovun vəziyyəti ağırdır, qadın isə şokdadır.
Faktla bağlı araşdırma aparılır./Oxu.az


