Bakıda bu küçə təmirdən sonra istifadəyə verilib (FOTO)










Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi paytaxt Bakıda avtonəqliyyat sıxlığının azalmasına hesablanan layihələrin icrasını davam etdirir.

Agentlikdən dogruxeber.tv-a verilən məlumata görə, bu dəfə paytaxtın şimal giriş hissəsində nəqliyyat axınına təsir edən Nəsimi rayonu, Asif Məhərrəmov küçəsi əsaslı şəkildə yenidən qurulub.

Küçənin uzun müddət əsaslı təmir olunmaması səbəbindən asfalt-beton örtükdə deformasiyalar əmələ gəlmişdi. Bu isə hərəkət intensivliyinə mənfi təsir göstərirdi. Küçənin yenidən qurulması ilə bu problem geridə qalıb.

Əsaslı şəkildə yenidən qurulan Asif Məhərrəmov küçəsinin uzunluğu 1.1 km, eni isə ortalama 20 m təşkil edir (hər istiqamət üzrə 10 m).

Layihə çərçivəsində vətəndaşların küçənin kənarı ilə rahat və təhlükəsiz hərəkətini təmin etmək üçün 6 min kv.m mövcud piyada səkiləri bərpa olunub, kənarlarında olan köhnə səki daşları sökülərək yeniləri ilə əvəzlənib. Ümumilikdə küçə boyu 3872 p-metr yeni səki daşının düzülməsi işləri aparılıb, ayrıcı zolaq asfaltlanıb.

Bundan başqa, yenidənqurma işlərinə uyğun olaraq, küçənin köhnə asfalt-beton örtüyünün üst qatı 20 min kv.m-dən çox sahədə frezlənərək kənara daşınıb. Küçə boyu su və qaz xətləri aidiyyəti qurumlar tərəfindən yenilənib. Bunun ardınca zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, daha sonra əks dolğu işləri aparılaraq kipləşdirilib.

“İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, yolun asfaltlanması işləri də aparılıb. Belə ki, yol örtüyünün alt və üst layı iri və xırda dənəli asfalt-beton qarışığı ilə inşa edilib. Asfaltlanma işləri 22.5 min kv.m sahəni əhatə edib.

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin rəhbərliyinin nəzarəti altında küçə boyu texnoloji ardıcıllığa uyğun olaraq, yeni asfalt-beton örtüyü döşənəndən sonra, avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yeni yol nişanları quraşdırılıb, yolun üfüqi nişanlanma xətlərinin çəkilişi işləri aparılaraq Asif Məhərrəmov küçəsi yeni və müasir görkəmdə vətəndaşların istifadəsinə verilib./Trend

Son xəbərlər

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

2 min il əvvəl itən əfsanəvi qızılı parça yenidən yaradıldı

Nəsimi RİH-də yenə ara qarışır: Ələsgər Rüstəmov və Nizami Mayılov icra başçısına qarşı gizli SAVAŞ AÇDI? -İLGİNC

Şimali Koreya nüvə silahından imtina etməyəcək

Bütün xəbərlər