Kiyevdə tanışını öldürən Azərbaycan vətəndaşı onu doğramaq istəyirmiş — FOTO














Kiyevin 6 nömrəli prokurorluğunun əməkdaşları Peçer rayon polis idarəsinin müstəntiqləri ilə bərabər Kiyevdə 22 yaşlı Azərbaycan vətəndaşının ölümündə şübhəli bilinən şəxsin kimliyini müəyyən edib.


dogruxeber.tv qafqazinfo-ya istinadən xəbər verir ki, 2019-cu il oktyabrın 6-da "102" xidməti vasitəsilə Çiqorin küçəsində yerləşən yaşayış evində mənzillərin birindən pis iy gəlməsi haqda məlumat daxil olub.


Hadisə yerinə "Kiyev xilasetmə xidməti"nin əməkdaşları gedib. Onlar adıçəkilən mənzilin qapısı önündə blokun çıxışına aparan qan izləri aşkarlayıb. Hadisə yerinə operativ-istintaq qrupu çağrılıb.


Mənzilin giriş qapısını sındıran hüquq mühafizəçiləri otaqda bıçaq yaraları və çoxsaylı bədən xəsarətləri alan 22 yaşlı Azərbaycan vətəndaşının cəsədini aşkarlayıb. İlkin məlumata görə, o, üç gün əvvəl dünyasını dəyişib.


Hadisə yerinə baxış keçirən hüquq mühafizəçiləri benzinlə çalışan mişar, 3 kanistr yandırıcı maye, rezin maska, balta, torbalar və digər predmetlər aşkarlanıb. Ehtimala görə cinayətkar bu alətlərin köməyi ilə meyiti doğramağa və torbalara doldurub mənzildən çıxarmağa hazırlaşırmış.

İlkin istintaq tədbirləri, eləcə də videomüşahidə kameralarının görüntüləri və şahid ifadələri əsasında hüquq-mühafizə orqanları əməkdaşları qətlin 23 yaşlı Azərbaycan vətəndaşı tərəfindən törədildiyini müəyyən ediblər. O, qətlə yetirilən şəxsin tanışı olub.


Cinayətkarın yerinin təyin edilməsinə yönələn axtarış tədbirləri zamanı onun Ukrayna sərhədlərini tərk etdiyi məlum olub. Hazırda onun beynəlxalq axtarışa verilməsi məsələsi həll olunur.


Törətdiyi əmələ görə cinayətkarı 7 ildən 15 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Məhkəməyəqədərki istintaq davam edir.

Son xəbərlər

Ukraynanın hücumundan sonra Krımda fövqəladə vəziyyət elan edildi

Onun portreti 1.7 milyon dollara satıldı

Rusiya Ermənistana daha bir qadağa qoydu

Dünyanın ən dözümlü canlısı hesab olunan mikroskopik möcüzə

Güclü ordu – müstəqil dövlətin sarsılmaz təminatı

DİN: Ölkə üzrə 58 cinayət açılıb, 158 nəfər saxlanılıb

Azərbaycan Ordusundakı qadınların sayı açıqlandı

Nənə qızını və 4 nəvəsini öldürdü

Həbsxanalarda bu il 31 cütlük ailə qurdu

Ölkənin bir çox rayonlarında yağış və şimşək müşahidə olunub

Anar Bayramov daha üç xəstəxananın direktorunu işdən çıxardı

Zakir Həsənov Silahlı Qüvvələr Günü münasibətilə Azərbaycan Ordusunun şəxsi heyətini təbrik edib

Azərbaycanın bəzi rayonlarında şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA

Azərbaycan neftinin qiyməti kəskin artdı

Özbəkistanın Aİİ-yə üzvlüyü ciddiləşir- sırada Azərbaycan var?

“Nar”ın dəstəyi ilə inklüziv kulinariya master-klası keçirilib

Qızıl min illər boyu niyə paslanmır? - SƏBƏBİ

İstisuda dağlıq-meşəlik ərazidə itkin düşən 8 nəfər xilas edildi

Almaniya Ekvador millisinə uduzdu

Yaponiyada yenidən güclü zəlzələ oldu

Paytaxtın bu yolları sürücülərin üzünə bağlanacaq - SİYAHI

Vasilyev: İrəvan iki ildir KTMT-yə pul ödəmir

İran Sinqapur yük gəmisinə hücum etdi

Bakının mərkəzi küçələrində nəqliyyatın hərəkəti məhdudlaşdırılacaq

Bakıda "Range Rover" ağır qəza törətdi: ölən var

Vinisius Ançelottidən hədiyyə gözləyir

Aqşin Fatehin restoranı yenə bağlandı

Bakıdakı metro stansiyalardan birində lift olacaq

Ötən il 764 xarici diplom tanınmayıb - Rəsmi

Ötən gün 62 cinayətin üstü açılıb

Bütün xəbərlər