"Bu addım ekologiyaya böyük töhfə olacaq" - Deputat










Prezident İlham Əliyevin Sərəncamına əsasən böyük Azərbaycan şairi və mütəfəkkiri İmadəddin Nəsiminin 650 illik yubileyi ilə əlaqədar 2019-cu ilin respublikamızda “Nəsimi ili” elan olunması tarixi əhəmiyyət daşıyır. Bu Sərəncamdan irəli gələrək ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif tədbirlər keçirilir. Sərəncam nəsimişünaslığın inkişafına və ədibin irsinə bir daha qayıdışa böyük təkan verir. Yeni tədqiqatlar aparılır, kitablar nəşr edilir. Azərbaycan Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanın dahi şair İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə Azərbaycanda bir gündə 650 min ağacın əkilməsi təşəbbüsü isə müstəsna əhəmiyyət kəsb edir.



dogruxeber.tv xəbər verir ki, bu sözləri Milli Məclisin deputatı, Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Qafqazşünaslıq İnstitutunun direktoru, AMEA-nın müxbir üzvü, professor Musa Qasımlı deyib. O bildirib ki, təbiəti, yaşıllığı sevməyi, ona qayğı ilə yanaşmağı klassiklərimiz əsrlərdən bəri yaradıcılıqlarında vacib mövzulardan biri kimi qabardıblar. Nəsimi yaradıcılığında da təbiətin dərk olunması məsələsi xüsusi yer tutur. Birinci vitse-prezident Mehriban Əliyevanın təşəbbüsü həm şairin xatirəsinin əbədiləşdirilməsi, həm də ətraf mühitin, ekologiyanın qorunması baxımından böyük töhfədir. Yaşıllıqlar təbiətin bəzəyi, cazibədar libası, döyünən nəbzidir. Təbiət insandan əvvəl yaranıb. Uca Tanrı insanı Yer üzünə onun gözətçisi olaraq göndərib. Biz həqiqətənmi bu bəşəri vəzifənin öhdəsindən gəlirik?! İnsanın ehtiyatsızlığı bir anda təbiətin yaşıl libasını külə döndərir, göy üzünü alan qara toz-duman, tüstü, zəhər bu bəlaların, faciələrin baiskarı olan insanın həyatını dözülməz edir. Ölkəmizin ayrı-ayrı bölgələrində əkiləcək bu ağaclar boy atacaq, kölgəsində insanlar dincələcək, ekologiyamız da yaxşılaşacaq.



Məlum olduğu kimi, ekoloji problemlər dünyanın bir çox ölkələrini qayğılandırmaqdadır. Atmosferdə karbon qazının çoxalması, qlobal istiləşmə, tullantıların ətraf mühiti çirkləndirməsi ciddi ekoloji fəsadlar yaradır. Dünyada həyəcan təbili çalınır. Ağaclar atmosferin çirklənməsinin qarşısını alır, şəhərlərin səs fonunu tənzimləyir. Ona görə də ekoloji problemlərin həlli yollarından biri kütləvi yaşıllıqlar salınmasından və belə nəcib təşəbbüslərin ənənə halını almasından keçir.

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər