Qonşuda un kəskin bahalaşdı, bunun Azərbaycana hansı təsirləri ola bilər... - GƏLİŞMƏ






Qonşu Qazaxıstanda un və un məmulatlarının noyabrın əvvəllərindən etibarən kəskin bahalaşması müşahidə olunur.

dogruxeber.tv “Azadlıq” radiosunun qazax xidmətinə istinadən xəbər verir ki, hakimiyyət bahalaşmanı bu mövsümdə taxılın bol olmaması, habelə keyfiyyətli taxılın ixraca yönəldilməsi ilə izah edir.

Almata ətrafında yaşayan, ancaq pensiya və həyətyanı təsərrüfatın hesabına dolanan Ömərovlar ailəsi üçün bu bahalaşma həyat şərtlərini daha da çətinləşdirib. Onlar deyirlər ki, bu yaxınlara qədər 50 kiloqramlıq kisəsi 5 min təngəyə satılan birnci sort unu indi 8 minə alırlar. 25 kiloqramlıq un isə 5 min təngəyə qədər bahalaşıb.

“Qışa 9 kisə kartof almışıq. Kartof hazırda ucuzdur, kiloqramı 80 təngədir. Əgər un daha da bahalaşsa çörək əvəzinə kartofla keçinməli olacağıq”,-ev sahibəsi Jamal Ömərov deyir.

Unun kəskin bahalaşması sosial şəbəkələrdə də əsas müzakirə mövzusudur. Janibek Kopsajar adlı istifadəçi yazır ki, ötən ilə nisbətən un iki dəfə bahalaşıb. “Bir kisə un ötən il 4 min təngə idi, indi isə 8 min təngədir. Biz isə hələ də heç bir narazılığımızı ifadə etmədən qışa ehtiyat kimi 2-3 kisə un almağa hazırlaşırıq. Çünki deyilənə görə 12 min təngəyə qədər bahalaşacaq. Maaşlar isə bir təngə də olsun qalxmayıb”,-o bildirir.

Almata bazarlarında və mağazalarında satıcılar da unun bahalaşdığını təsdiqləyir. “Turksib” adlı bazarda un satan Aynasıl adlı satıcı deyir ki, unun bahalaşması onları da çox təəcübləndirib. Çünki adətən ilin bu vaxtlarında un ucuzlaşardı. Satıcı deyir ki, hazırda ən ucuz unun kiloqramı 400 təngədir. Satıcıların çoxu bahalaşmanı şərh etməkdən çəkinir, təzyiqlərdən qorxduqlarını deyirlər.

Almata mağazalarında unla yanaşı çörək də bahalaşıb. Hazırda çörəyin qiyməti 80 təngədir, bir neçə gün əvvəl isə 70-7 təngə idi.

Unun və un məmulatlarının bahalaşa biləcəyi haqda sentyabr ayında kənd təsərrüfatı naziri Saparxan Omarov xəbərdarlıq etmişdi. Nazir deyib ki, bu il məhsul əlverişsiz hava şəraitinə görə az olub, Qazaxıstan ötən ilkinə nisbətən 1.5 milyon ton az buğda yığıb. Kənd Təsərrüfatı Nazirliyi bildirir ki, Qazaxıstan Türkiyə, Gürcüstan, İtaliya, İspaniya, Azərbaycan, Əfqanıstan və İrana buğda satır. Bu il Azərbaycana buğda ixracı ötən ilkinə nisbətən 30 faiz artıb. Habelə 2016-cı ildə Çinə 300 min ton taxıl və un satılmışdısa ötən il bu rəqəm iki dəfə çox olub.

Qeyd edək ki, Azərbaycan ərzaq buğdasını əsasən Qazaxıstan və Rusiyadan idxal edir. Bu baxımdan qonşu ölkədəki bahalaşmanın Azərbaycana da müəyyən təsiri ola bilər, əgər Qazaxıstan ixrac buğdasının bir qismini bahalaşmanı dayandırmaq üçün daxili bazara yönəldərsə. Hələlik Azərbaycanda unun və çörəyin qiyməti stabildir, bahalaşma müşahidə edilmir./Virtualaz.org

Son xəbərlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər