hadise
2.12.2019, 17:28
Masallıda ev yanıb

Masallı rayonunun Ərkivan qəsəbəsində yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən dogruxeber.tv-a verilən məlumata görə, sahəsi 240 kv.m olan 2 mərtəbəli evin 1-ci mərtəbəsində 1 otağın yanar konstruksiyaları və içərisindəki əşyalar 24 kv.m sahədə yanıb.
Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb./Trend


