Daha bir neçə icra başçısı həbs oluna bilər - ŞOK GƏLİŞMƏ






Ağstafanın keçmiş icra başçısı Nizaməddin Quliyev, müavinləri Ramiz Tatarov və Lalə Eyyubovanın, həmçinin Yevlaxın keçmiş icra başçısı Qoca Səmədovun həbsi son deyil.

Yenisabah.az-a daxil olan məlumata görə, hazırda bir neçə rayonun icra hakimiyyətlərində yoxlamalar aparılır və güman ki, yoxlamalar həbslərlə nəticələnəcək.

İcra hakimiyyətləri ən çox şikayət olunan və korrupsiyaya bulaşan qurumlar kimi tanınır. Təsadüfu deyil ki, illərdir mətbuatda icra başçıları "kiçik padşahlar” kimi təqdim edilir. Məlumatlara görə, artıq hakimiyyət də fərqindədir ki, "kiçik padşahların” özfəaliyyəti, rəhbəri olduğu rayon və şəhərlərə şəxsi təsərrüfatı kimi yanaşmaları bütövlükdə iqtidarı hədəfə gəlməsinə səbəb olub və buna son qoyulması qərara alınıb.

Prosesə Ağstafadan start verilib və Azərbaycanda ilk dəfə olaraq icra başçısı iş başında həbs edilib. Əməliyyatın görüntüləri ictimailəşdirilib. Olay ölkədə rezonansa səbəb olub.

Ölkə başçısı İlham Əliyevin başlatdığı islahatlar dalğasının yalnız nəzəri xarakter daşımadığına inam daha da artıb. Bu arada yada salmaq yerinə düşər ki, Prezident son bir ayda həyata keçirdiyi icra hakimiyyəti təyinatlarında rüşvət və korrupsiya, özfəaliyyət faktlarına toxunub və bu cür qanunsuz əməllərlə məşğul olan məmurların sərt şəkildə cəzalandırılacağını bildirmişdi. Məsələn, o, Yevlaxın və Xaçmazın icra başçıları Anar Tağıyevlə Elnur Rzayevi bu vəzifəyə təyin edərkən onları qəbul edərək demişdi:

"Bütün xoşagəlməz hallara son qoyulmalıdır, rüşvətxorluq, korrupsiya tamamilə yığışdırılmalıdır. Mən sizə şəxsən bu göstərişi verirəm. Əgər eşitsəm, bilsəm ki, əyri yola gedirsiniz, onda siz çox ciddi cəzalandırılacaqsınız. Bunu bəri başdan bilin və bütün başqa yerli icra orqanlarının nümayəndələri, rəhbərləri məni yaxşı eşitsinlər".

Məlumatlarda qeyd edilir ki, əsıində prosesi islahatların yeni dalğası hesab etmək olar. Bu dalğada əsasən rüşvət və korrupsiyaya bulaşmış məmurlar qərq olacaq.

Son xəbərlər

Sumqayıtda avtomobil ağaca çırpılıb, xəsarət alanlar var

Azərbaycanda hansı hallarda saytlara giriş məhdudlaşdırıla bilər?

Portuqaliya və İngiltərə ikinci oyununa çıxır

Hacı Şahinin oğlu məzun oldu

Qəbələdə 4 ton çətənə kolu məhv edildi

Litvanın Baş naziri istefa verdi

Bütün sosial ödənişlər bu tarixdə ödəniləcək

Xankəndidə kafedə İNSİDENT: həbs olunanlar var

İşdən çıxamağınızla bağlı ərizə yazmayın - Təhsil eksperti

İlham Əliyev həmkarını yola saldı

"Kəpəz" yeni baş məşqçisini açıqladı

Bir gecəyə silsilə oğurluqlar edən TUTULDU

Şəhid övladları liseyə qəbul olundular - ADLAR

"Politico": Cənubi Koreya dünyanın ən böyük silah təchizatçıları siyahısına düşüb

"Vaşinqtona etimad göstərmirik" - İran

Quterreş süni intellekt şirkətlərinə ÇAĞIRIŞ etdi

Yumurta yenidən bahalaşdı – 15 qəpik oldu

Özbəkistanda korrupsiyaya yol vermiş şəxslər reyestrə daxil ediləcək

Sabah bəzi yerlərə yağış yağacaq - PROQNOZ

Rusiya Ermənistana xəbərdarlıq etdi

Aİ rəsmisi: Orta Dəhlizi Türkiyəsiz təsəvvür etmək mümkün deyil

Kənd təsərrüfatı torpaqları 5 hektardan az satmaq mümkün olmayacaq

Bakı zooparkı ləğv olunur

Təbiəti çirkləndirənlərə ağır cəza: Azərbaycanda 7 min manatadək yeni cərimə

Azərbaycanda ən çox sürülən maşınlar - STATİSTİKA

TƏBİB-in icraçı direktoru Şuşada vətəndaşları qəbul edəcək

Toyda SİLAHLI İNSİDENT: yeniyetmə 11 nəfəri güllələdi

“Azeri Light” 80 dollara satılır

Keçmiş icra başçısına yeni vəzifə verildi - Foto

"Badam" klinikasının direktoru istefa verdi - SƏBƏB

Bütün xəbərlər