Moskvanın qərbində azərbaycanlı pəncərədən yıxılaraq ölüb. Ren.TV xəbər verir ki, onun meyiti dünən axşam saatlarında binanın qarşısında aşkarlanıb. Məlumatlara görə, o, 11-ci mərtəbədən yıxılıb. Hadisənin səbəbləri məlum deyil. Araşdırma aparılır.