hadise
4.09.2019, 10:57
Xırdalanda qadın ehtiyatsızlıqdan 3-cü mərtəbədən yıxılıb

Abşeron rayonunda 32 yaşlı qadın hündürlükdən yıxılaraq ağır xəsarət alıb.
dogruxeber.tv xəbər verir ki, hadisə Xırdalan şəhərində qeydə alınıb.
1987-ci il təvəllüdlü Sultanova Səidə Ramin qızı yaşadığı binanın 3-cü mərtəbəsindən yıxılıb. Xəsarət alan qadın xəstəxanaya yerləşdirilib.
Hadisənin ehtiyatsızlıqdan baş verdiyi deyilir./ONA.az


