bolge
12.03.2018
Neftçalada 37 yaşlı qadın hündürlükdən yıxılıb

Neftçalada hündürlükdən yıxılan qadın kəllə-beyin travması alıb.
dogruxeber.tv-Mil-Muğan bürosunun məlumatına görə, Neftçala rayonunun Qədimkənd kənd sakini, 1981-ci il təvəllüdlü Abdullayeva Mələk Nəcəfqulu qızı pilləkəndən yıxılıb. Kəllə-beyin travması alan qadın Neftçala rayon Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib.
Faktla bağlı araşdırma aparılır.
@dogruxeber.tv


