Rusiyalı idmançı millimizdən qovuldu













Velosiped millimizin üzvü Kirill Pozdnyakov yığmamızdan kənarlaşdırılıb.


dogruxeber.tv-ın xəbərinə görə, rusiyalı legionerin Azərbaycan çempionatı vaxtı qəbul etdiyi metilfenidat metaboliti dopinq tərkibli olduğu üçün ona AMADA-nın göndərişi əsasında WADA (Ümumdünya Anti-Dopinq Agentliyi) tərəfindən iki illik cəza verilib.


Bu səbəbdən idmançı 2021-ci ilin yanvarın 2-dək yarışmaq hüququndan məhrumdur. Bu isə o deməkdir ki, rusiyalı legionerimiz bu il heç bir turnirdə yarışa bilməyəcək.


Azərbaycan Velosiped İdmanı Federasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz Musayev isə saytımıza açıqlamasında bu xəbəri təsdiqləyib:


“O, bizdən maaş almır. Çünki dopinqə düşüb cəzalandırıldıqdan sonra yarışmır. Əgər yarışmırsa, ona niyə əlavə maaş verməliyik? Pozdnyakovun milliyə qayıtması söhbəti isə, ümumiyyətlə, müzakirə olunmur. Bu məsələ bizim üçün çoxdan bağlanıb. Yalnız cəzası başa çatdıqdan onun məsələsinə baxıla bilər”.


Xatırladaq ki, iki gün sonra 31 yaşını qeyd edəcək Kirill Pozdnyakov ilk dəfə 2015-ci ilin noyabrından Azərbaycanın “Synergy” klubunda çıxış etməyə başlayıb. 2017-ci ildən isə Azərbaycan pasportuna yiyələnərək millimizin üzvü olub.(oxu.az)

Son xəbərlər

ABŞ-da B-52 bombardmançı təyyarə qəzaya uğrayıb

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bütün xəbərlər