İcra Hakimiyyətindən iyrənc seçki saxtakarlığı — Müəllimlər İmamverdi İsmayılovun təbliğatına qoşulmağa məcbur edilir










Qubadlı İcra Hakimiyyəti İmamverdi İsmayılovun məcburi təbliğatı ilə məşğuldur.
Sosial şəbəkədə yayılan məlumatlara görə dünən Sumqayıt şəhəri 11 mikrorayonda fəaliyyət göstərən Q. İlyasov adına 1 nömrəli Qubadlı şəhər tam orta məktəbin müəlimlərinə valideynləri məcburi şəkildə çağrılaraq İmamverdi İsmayılova səs verməklə bağlı tapşırıq verilib. Belə ki, Qubadlı İcra Hakimiyyətinin adamları məktəbə gələrək müəllimlərin (təqribən 30 müəllim - red.) hər birinə məcburi şəkildə 50 blank verilərək 9 fevralda səsverməyə gələcək valideynlərin siyahısını tərtib etməyi və onların seçki günü məntəqələrə gələrək səsvermədə iştirakını təmin etmək tapşırılıb. Məlumata görə, indidən sözügedən məktəbdə başlanan seçki saxtakarlığına etiraz edən müəllimlərdən birinə isə icra hakimiyyətinin işçiləri təzyiqlər ediblər və onu işdən çıxaracaqları ilə hədələyiblər.
Göründüyü kimi, İmamverdi İsmayılovun yenidən deputat olması üçün icra hakimiyyəti bütün inzabti resurslarını seçkinin kütləvi saxtalaşdırılmasına cəlb edib. Amma ölkədə azad və ədalətli seçki prosesinin gözdən salınmasına xidmət edən bu saxtalaşdırılma prosesinə müəllimlərin zorla cəlb olunması çox üzücüdür. Ümid edək ki, Təhsil Nazirliyi başda olmaqla müvafiq dövlət qurumları icra hakimiyyətinin seçki prosesinə müdaxilə olunmasına və müəllimlərin seçki saxtakarlığına məcburi cəlb edilməsinə biganə qalmayacaq. 1 saylı Qubadlı orta məktəbindəki vəziyyət nəzarətə götürüləcək.
Məlumata görə, icra strukturları yanvarın 17-dən başlayaraq İmamverdi İsmayılovun təbliğatına cəlb olunub. Qubadlı və zəngilanlılar isə İmamverdi İsmayılovun onları parlamentdə formal olaraq təmsil etdiklərini deyirlər. İmamverdi İsmayılovun deputat olduğu müddətdə seçicilərin problemlərini həlli istiqamətində heç bir iş görmədiyini bildirirlər. Ona görə də seçicilər icra hakimiyyətinin onlara "müqəddəs İkona" kimi təqdim etdikləri İmamverdi İsmayılovun yenidən deputat olmasına qarşıdırlar... (sfera.az)

Oxunub: 986

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər