İcra başçısı “gözəgörünməz” deputata vəkillik edir - Foto










Milli Məclisə seçkilərə çox az müddət qalıb. Deputatlığa namizədlərin xalqın səsini qazanmaq üçün “canfəşanlıq” marafonu davam edir. Bu sözü sadə xalqla görüş kimi də ifadə etmək olardı, lakin ötən illərdə yaşadığımız təcrübəyə əsasən demək olar ki, bu görüş deyil, seçilmək üçün bir çoxları tərəfindən sadəcə gözə kül üfürməkdir. Amma kimin ki, yuxarıda adamı var, gözə kül üfürmür, illərlə iş görməyib kreslosunda yatanlar bir daha başa keçirməklə başımıza kül qoyurlar.
Belə görüşlərdən biri də Qazax rayonunda keçirilib. Milli Məclisin deputatı olduğu 5 il müddətində bir dəfə də rayona gəlib əhalinin dərdini soruşmaq bir yana, “buranın deputatı mənəm deməmiş” Ülviyyə Ağayeva indi səs toplamaq üçün seçicilərlə görüşə gedib. Yanına da rayonun icra başçısını alıb ki, sözünün kəsəri bərk olsun.

Bəs görəsən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu nə məcbur edir ki, deputatlığa namizəd, ötən 5 ildə bir dəfə də olsun bölgəyə ayaq basmayan Ülviyyə Ağayevaya vəkillik edir, onun görüşlərinə insanların gəlməsini tələb edir, bu görüşlərdə də xanımın ünvanına “bəy tərifi” yağdırır.
İcra başçısı “gözəgörünməz” deputata vəkillik edir - Foto
Ülviyyə Ağayeva (sağda), Rəcəb Babaşov (soldan ikinci)
Xalqın gözü tərəzidir. Ülviyyə Ağayeva bu görüşlərdə öz fəaliyyətindən deməyə bir şey tapmadığı üçün dəfələrlə deyilmiş şablon sözlərə, fikirlərə üstünlük verir. Dövlət başçısının sərəncamı ilə rayonda aparılan abadlıq və quruculuq işləri və s. Belə çıxış edən maliyyə naziri Samir Şərifova dövlət başçısının “ leksiya oxuyursan” deməsini yəqin xatırlayırsınız.

Deyən lazımdır, o işləri dövlət başçısı etdirib, bəs sən nə zamansa bu rayonda kiminsə yaralı barmağına məlhəm sürtmüsən, ya sürtdürmüsən? Cavabı xalq verir. Tanınmış jurnalist Bəturə Nəbiyeva bildirib ki, Ülviyyə Ağayeva bu günə qədər bir dəfə də olsun çıxışlarında nə Qazaxın, nə də qazaxlıların adını çəkməyib:“Beləsi o elin əhalisinə nə vəkillik edəcək?”

Digər Qazax sakini, ziyalı Vüsalə Ağayeva isə üzünü görmədikləri deputatın qazaxlılara lazım olmadığını deyir. Rəcəb Babaşov nələrinsə xatirinə tərifləyə bilər, amma xalqın da ağzı torba deyil ki, büzəsən.Əgər Rəcəb Babaşov eyni şəkildə bütün namizədlərə davransa, onların hamısına qoşulub insanların içərisinə qarışsa buna bəlkə də ədalət demək olardı.

Xalqın səsini bu məqamda eşitməyən başçı, deputatı özünə dayaq edəndən sonra heç eşitməz. Deputat onsuz da eşitmirdi. O bu böyük tamaşada ona biçilmiş rolunu oynamağa gəlib - Gözə görünməyə.Bizimyol.info

Oxunub: 748

Son xəbərlər

Azərbaycanda bu kanalların rəhbərləri HƏBS EDİLDİ

Tbilisidə səyyar ASAN xidmət: Azərbaycan vətəndaşları üçün xidmətlər göstəriləcək

Gevorq Papoyan: "Azərbaycandan tədarük olmasaydı, Ermənistanda benzin daha baha olardı"

Pineviç: Ağdamda aqroşəhərcik layihəsinin həyata keçirilməsinə 2027-ci ildə başlanacaq

AMB "Baku Pay"ə icrası məcburi göstəriş verdi

Bakıda əməliyyat: “bank əməkdaşları” saxlanıldı

Bakı Metropoliteni hakaton layihəsinə start verir

İlham Haqverdiyev məhkəmə zalından azadlığa buraxıldı

Ermənistan da daxil, bütün qonşularımızla…

Sabirabadda Kür çayı məcrasından çıxdı

Azərbaycan mədəni irsin qorunması və innovasiyası üzrə beynəlxalq mükafata layiq görülüb

İrandan daha 19 kq narkotikin Azərbaycana keçirilməsinin qarşısı alınıb

İncəsənət məktəb və mərkəzlərində buraxılış imtahanları mərkəzləşdirilmiş qaydada keçiriləcək

SOCAR yeni istiqrazlarına görə növbəti dəfə faiz ödəyib

Hüseynov Rahim Mahir oğlu TƏBİB-in İcraçı direktorunun müavini təyin olunub

Azad edilmiş ərazilərdə indiyədək 32 kütləvi məzarlıq aşkar edilib

Azərbaycanda şənbə günü 26 dərəcə isti olacaq

İsrail Livandan atılan PUA-nı ələ keçirib

Lənkəranda sexdən Xəzərə tullantı suları axıdılıb, inzibati protokol tərtib olunub

Əməkhaqqında cinsə görə ayrı-seçkiliyin qarşısının alınması təklifi qəbul edilib

Kanal 21-in təsisçisi saxlanıldı

Bakıda faciə: 5 yaşlı uşaq qonaq getdiyi evin eyvanından yıxılıb öldü

Azərbaycanda bu qadağan EDİLDİ- MƏSULİYYƏT DAŞIYIRSINIZ!

Əli Əsədov Qərar İmzaladı

Müharibə nəticəsində İrana dəyən zərərin həcmi

Milli Məclisin iclası keçirilir, Avropa Parlamentinin qətnaməsi müzakirə olunacaq

"Bakı Marafonu 2026" ilə əlaqədar bəzi yollarda hərəkət tam məhdudlaşdırılacaq

Bakıda güclü külək əsəcək - Sarı xəbərdarlıq

Bakıda mühüm forum keçirilir

Neft ucuzlaşıb

Bütün xəbərlər