DİQQƏT! Bu qaydaları pozanlar 400 AZN cərimələnəcək – VİDEO













Azərbaycanda uşaqlara enerji içkisi satmaq qadağan olunub. Bu tələb AQTA tərəfindən hazırlanan “Enerji içkilərinə dair müvəqqəti sanitariya normaları və qaydaları”nda öz əksini tapıb. Paytaxtdakı bəzi marketlər qərarın tətbiqinə başlayıb.

Məsələnin aktuallığını nəzərə alan ARB TV-nin “Günə doğru” verilişi maraqlı süjet hazırlayıb.

Osman İsmayılov – Supermarket nümayəndəsi: “Biz 18 yaşına qədər olan uşaq və yeniyetmələrə enerji içkiləri satmırıq. Kassada həmin uşaqdan yaşı soruşulur. Onsuz da xarici görünüşü bildirir. Əgər 18 yaşına çatmayıbsa, enerji içkilərini alıb yerinə qoyuruq, kassaya vurmuruq”.

Şəhərin müxtəlif yerlərində kiçik bir müşahidə apardıq. Müşahidələrimiz onu göstərdi ki, əksər satış obyektləri bu qaydalara əməl etmir. Yaşından asılı olmayaraq, hər bir kəsə enerji içkilərinin satışı davam edir.

18 yaşı olmayan şəxsə enerji içkisi satan satıcı ilə söhbət:

Satıcı: “Mən hardan bilim, onun 18 yaşı olmayıb?”

Müxbir: Sifətindən də bilinirdi ki, uşaqdır, bəs niyə satdınız?

Satıcı: “Bilmirəm. Qanunvericiliyi bilirik ki, 18 yaşından yuxarı şəxslərə satmaq olar. Mən bilməmişəm, təxmin etməmişəm ki, onun 18 yaşdan aşağı yaşı var”.
Eyyub Hüseynov – AİB sədri: “18 yaşdan aşağı uşaqlara enerji içkilərinin satışı davam edir. Bunun üçün satıcını cərimə gözləyir. Polis bu işə nəzarət edir. Və bütün hallarda elə iş aparmalıdırlar ki, uşaqlar bu içkilərdən uzaq olsunlar”.

Sakin: “Ziyanı ola bilər, xeyiri ola bilməz. Təbii içkilər hamısından yaxşıdır. Kənd yerlərində yaşayan insanlar uzun illər yaşayıblar, belə enerjili içkilərdən istifadə etməyiblər, amma fiziki cəhətdən də, əqli cəhətdən də hamıdan yüksək olublar”.

Təəssüf ki, illərdir enerji içkiləri ilə bağlı səslənən mənfi fikirlərə baxmayaraq, indi gənc və yaşlı nəsil, hətta məktəbli uşaqlar arasında da bu içkilərə meyl artmaqdadır.

Mətanət Cəfərova – Həkim: “Energetik içkilərin tərkibində olan xüsusi maddələr var ki, onların miqdarından çox istifadəsi xüsusən uşaqlarda, həmçinin yeniyetmələrdə də ani psixozlara, nevroloji pozuntulara, depresiyalara səbəb ola bilər”.

Ona görə də heç kəs 18 yaşı tamam olmayanlara enerji içkisi satmamalıdır. Əks halda qaydaları pozan şəxslər İnzibatı Xətalar Məcəlləsinə uyğun cərimə ediləcəklər.

Vüqar Səfərli – Hüquqşünas: “İnzibati Xətalar Məcəlləsində müvafiq olaraq inzibati tənbeh nəzərdə tutulmuşdur. Bu qaydaları pozan fiziki şəxslər 50 manatdan 100 manata qədər, vəzifəli şəxslər 100 manatdan 200 manata qədər, hüquqi şəxslər isə 200 manatdan 400 manata qədər cərimə oluna bilərlər”.

Əgər enerji içkisi kiminsə sağlamlığına ziyan vurarsa, onu istehsal edən, satan şəxslər barəsində cinayət işi də başlanıla bilər. (baku.ws)

Son xəbərlər

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Azərbaycanda aeroportların idarə edilməsi dəyişir - FƏRMAN

Səhhəti pisləşdi, konsertləri təxirə salındı

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bütün xəbərlər