"Çindən idxalı tamamilə dayandırmalıyıq" —EKSPERTDƏN TƏKLİF










"Müvəqqəti də olsa hələlik Çindən idxalı dayandırmalıyıq”.

DogruXəbər.az-a açıqlamasında bu sözləri Azərbaycanın idxalda 10 faizlik paya malik olan və koronavirusun yayıldığı Çindən idxal prosesini müvəqqəti dayandırmağın vacibliyinə toxunarkən iqtisadçı ekspert Cümşüd Nuriyev deyib:

"Nazirlər Kabinetinin qərarı var. Azərbaycan Çindən ərzaq məhsullarının idxalını müvəqqəti olaraq tamamilə dayandırıb. Onun əvəzlənməsi məsələsi də öz həllini tapıb. Ölkəmizə lazım olan sənaye xammalı üzrə məmulatları Azərbaycan başqa ölkələrdən gətirə bilər. Düzdür, bu halda qiymətdə bir qədər fərq olacaq. Çünki Çində işçi qüvvəsi ucuz olduğundan burada əmək tutumlu məhsullar istehsal olunur və oradan gətirilən malların qiyməti də daha ucuz olur”.


Həmsöhbətimiz qeyd etdi ki, Azərbaycan üçün vətəndaşların sağlamlığı, təhlükəsizliyi daha vacib olmalıdır: "Ona görə indiki şəraitdə Azərbaycanın Çindən idxalı bütün məhsullar üzrə tamamilə dayandırması daha düzgündür. Çünki insanlarımızın sağlamlığı, təhlükəsizliyi vacibdir, nəinki hansısa bir sənaye sahəsi üzrə hansısa sahibkarın imkanlarının böyüdülməsi. Koronavirus ölkəmizə ayaq açsa, sığorta sistemi tamamilə çökə bilər. Düzdür, Çindən gələn mallar uzun müddət yol gəldiyindən, viruslar öz daşıyıcı funksiyasını itirir. Amma bütün hallarda ehtiyatı da əldən vermək olmaz. Mövcud vəziyyət onu deməyə əsas verir ki, Azərbaycan Çindən bütün məhsul və mallar üzrə idxalı dayandırmalıdır. Uçuşlar dayandırıldığı kimi, o ölkədən idxal da mütləq dayandırılmalıdır”/Sfera.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər