dunya
2.08.2018
Tramp Çindən gələn məhsulların gömrük vergisini artırdı

Amerika hökuməti təxminən 200 milyard dollar dəyəri olan Çin mənşəli məhsulların gömrük vergisini artırıb.
“Qafqazinfo” xarici mediaya istinadən xəbər verir ki, ABŞ-ın ticarət təmsilçisi Robert Laythayzer açıqlamasında prezident Donad Trampın vergiləri 10%-dən 25%-dək artırdığını bildirib. Yeni gömrük vergisi qərarın müzakirəyə qoyulduğu 10 iyul tarixindən etibarən idxal edilən məhsullara tətbiq olunacaq.
Bu isə təxminən 5 min məhsula aiddir. Onların arasında dəniz məhsullarından tutmuş, meyvə-tərəvəzə, kimyəvi maddələrə, tütün məhsullarına, avtomobil təkəri və idman əlcəklərinədək məhsullar var.


