gundem
12.02.2020
FHN qarlı yolda qalanları xilas etdi

Şamaxıda minik maşını qarlı yolda qalıb.
DogruXəbər.az-a Fövqəladə Hallar Nazirliyindən verilən xəbərə görə, Şamaxı rayonu, Dədəgünəş kəndində “Jeep” markalı minik avtomobilinin qarlı yolda qalması səbəbi ilə "112" qaynar telefon xəttinə kömək üçün müraciət daxil olub.
Hadisə yerinə cəlb olunan Dövlət Yanğından Mühafizə Xidmətinin müvafiq xilasetmə qüvvələri tərəfindən 2 nəfərə köməklik göstərilib.


