Milli Məclisin tərkibi: Kim neçənci dəfə seçildi? - HESABAT











Azərbaycanın müstəqillik tarixində ilk dəfə keçirilən növbədənkənar parlament seçkisi ilə 6-cı çağırış Milli Məclisin tərkibi formalaşdı.

DogruXəbər.az xəbər verir ki, arb24 telekanalının Analitik qrupunun hesabatına görə, parlamentin tərkibi 35.2% yenilənib. Ötən çağırışla müqayisədə 44 yeni deputat seçilib, 81 nəfər isə mandatını qoruya bilib. Müqayisə üçün 5-ci çağırış Milli Məclisin tərkibinə 96, 4-cü çağırışın tərkibinə isə 88 deputat təkrar seçilmişdi.
Yenidən mandat qazanan deputatlardan 4-ü - Mixail Zabelin, Elman Nəsirov, Səməd Seyidov və Qüdrət Həsənquliyev yeni, digər 77-si ötən seçkidəki dairəsindən deputat seçilib.

Milli Məclisin 3, 4 və 5-ci çağırışlarının rəhbərliyi eyni şəxslərdən ibarət olub:

1. Oqtay Əsədov - Sədr

2. Ziyafət Əsgərov - Sədrin 1-ci müavini

3. Bahar Muradova – Sədrin müavini

4. Valeh Ələsgərov – Sədrin müavini

Bahar Muradova və Valeh Ələsgərovun 6-cı çağırış Milli Məclisin tərkibində təmsil olunmadığını nəzərə alsaq, parlament rəhbərliyində iki nəfərin başqa şəxslərlə əvəz olunacağı dəqiqdir.

2015-ci il Milli Məclis seçkisi zamanı yalnız 3 nəfər 50 faizdən aşağı səs toplamaqla deputat seçilə bilmişdi. 9 fevral seçkisində isə, 50 faizdən aşağı səs toplayaraq deputat seçilənlərin sayı 41 olub. Onların 19-u yeni seçilmiş, 22-si isə təkrar seçilmiş deputatdır. Qalib gələn namizədlər orta hesabla 55.3% səs toplayıb. 2015-ci il seçkisi zamanı isə qaliblər orta hesabla 67.2% faiz səs əldə ediblər.

Ümumilikdə, 6-cı çağırış Milli Məclisdə təmsil olunan 82 deputat müstəqillik dövründə formalaşmış parlamentlərin tərkibində 2 dəfə və daha çox təmsil olunub:

İlk dəfə təmsil olunanların sayı - 43 nəfər

2 dəfə təmsil olunanların sayı - 18 nəfər

3 dəfə təmsil olunanların sayı - 17 nəfər

4 dəfə təmsil olunanların sayı - 19 nəfər

5 dəfə təmsil olunanların sayı - 19 nəfər

6 dəfə təmsil olunanların sayı - 9 nəfər

6-cı çağırış Milli Məclisdə qadın və kişi deputatların sayında 1 nəfərlik fərq var. Belə ki, 5-ci çağırış Milli Məclisdə 104 kişi, 21 qadın deputat var idisə, indi 103 kişi və 22 qadın deputat seçilib.

6-cı çağırış Milli Məclisdə deputatların orta yaş həddi 53.9 təşkil edib. Ötən çağırışda bu rəqəm 54.6 idi. 30 yaşadək deputatların sayı 1-dən 3-ə, 31-45 yaş aralığında olanların sayı 26-dan 35-ə qalxıb. 46-60 yaş arası deputatların sayı 54-dən 47-yə, 61-75 yaş arası deputatların sayı 40-dan 38-ə, 76 yaşdan yuxarı deputatların sayı 4-dən 2-yə düşüb.

6-cı çağırış Milli Məclisdə ən gənc deputat 26 yaşlı Səbinə Xasayeva, ən yaşlı deputat isə 81 yaşlı Fəttah Heydərovdur.

5-ci çağırış Milli Məclisdə deputatların 84-ü partiyalı, 41-i bitərəf idisə, indi millət vəkillərinin 82-si partiyalı, 43-ü bitərəfdir. Parlamentdə ümumilikdə, 9 partiya təmsil olunub. Yeni Azərbaycan Partiyası 72, Vətəndaş Həmrəyliyi 3, Bütöv Azərbaycan Xalq Cəbhəsi, Böyük Quruluş, Demokratik İslahatlar, Ana Vətən, Vətəndaş Birliyi, Vəhdət və Azərbaycan Demokratik Maarifçilik partiyaları 1 nəfərlə təmsil olunub.

Hesabat Mərkəzi Seçki Komissiyasının 9 fevral seçkisinin nəticələri ilə bağlı ilkin məlumatı əsasında hazırlanıb, rəsmən açıqlanacaq yekun nəticələrdə hansısa dəyişiklik olarsa, bu hesabatda da müəyyən dəyişiklik ola bilər./Metbuat.az

Son xəbərlər

Saxta pilot hər kəsi aldatdı - 17 il sənədsiz uçuş etdi

“Qarabağ” Bikalyo ilə müqavilənin detallarını açıqladı

"Bu, bankların kredit verməsini asanlaşdıracaq" - İqtisadçı

Daha bir həkim dünyasını dəyişdi - FOTO

Türkiyə və Bolqarıstan sərhəddə yeni keçid məntəqəsi yaradacaq

Gəmiyə hücumda həlak olanlar dəfn edildi

Paşinyan yeni hökumətlə bağlı müzakirələrə başladı

Məhərrəm ayının və Aşura Gününün vaxtı açıqlandı

Azay Möhnətov kimdir? — "İlyasın kafesi" “AF Mall”la necə "qohum"dur? -DETALLAR

"İdrak"da olay: silahın sahibi də cinayət təqibinə cəlb olundu

Gəncədə kütləvi dava - Yaralılar var

Ev sahibinin gödəkcəsi ilə 70 min manatlıq qızıl oğurladı - FOTO

Beş gün yağış yağacaq, dolu düşəcək, daşqın olacaq

DİM xarici dil imtahanı üçün 110 manat ödəniş müəyyənləşdirdi

Özgür Özel və komandası CHP-də qurultaya getmək üçün partiya məclisindən istefa verib

Mədəniyyət Nazirliyi 600 minlik mebel alır

Azərbaycanda hər gün 41 nəfərə xərçəng diaqnozu qoyulur - ŞOK RƏQƏMLƏR

Sürücülərin DİQQƏTİNƏ - Yay aylarında avtomobillərdə bunları etmək mütləqdir

İrandan İordaniyaya 12 ballistik raket hücumu

“Azərişıq” ASC Beyləqanda fermer və sahibkarlarla görüş təşkil edib

Zooparkla “Sahibsiz Heyvanlara Qayğı Mərkəzi” birləşdirilir

Bakı-Qəbələ qatarı Ucarda dayanacaq

Bakıda orqan alveri - Tanınmış həkim və tibb qardaşı HƏBS OLUNDU

Tibb müəssiəsələri ilə bağlı qərar verildi - Məcburi olaraq...

Bakıda iş saatları dəyişir - DETALLAR AÇIQLANDI

Zakir Həsənov Pakistana başsağlığı verdi

Qızıl və gümüş ucuzlaşdı

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Bütün xəbərlər