Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı














Azərbaycanda bu kənddə təhlükəli xəstəlik yayıldı
Ağdaş rayonunun Abad kəndində əhali arasında kütləvi şəkildə qızdırma halı baş verib, uşaqlar və böyüklər qrip və suçiçəyinə yoluxub.

Abad kənd icra nümayəndəsi Lətif Müstafayev APA -nın yerli bürosuna bildirib ki, 10 gün əvvəl kənddə bir neçə adam qripə yoluxub. Fevralın 9-da qar yağandan sonra xəstələnən şəxslərin sayı xeyli artıb. Əsasən uşaqlar qrip və suçiçəyinə yoluxub, qızdırmadan əziyyət çəkirlər. İcra nümayəndəsinin sözlərinə görə, Abad kənd tam orta məktəbinin 300-dən çox şagirdi var, indiyədək 100-dən çox uşaq ötən 10 gün ərzində ayrı-ayrı vaxtda xəstələndiyi üçün dərsə getməyib: "Uşaqların hamısı eyni vaxtda xəstələnməyib. Xəstələnən uşaqlar 2-3 gün ərzində müalicə olunduqdan sonra yenidən dərsə davam ediblər. Hazırda 40-dan çox uşaq xəstə olduğu üçün evdə müalicə olunur. Məktəb bir gün də olsun fəaliyyətini dayandırmayıb. Lakin bir çox valideynlər uşaqlarını xəstələnməmələri üçün məktəbə göndərmir. Hazırda mənim iki nəvəm qripdir, evdə müalicə olunurlar. Qonşumun uşaqları isə suçiçəyi olduqları üçün məktəbə getmirlər".

Lətif Mustafayev bildirib ki, Ağdaş rayon İcra Hakimiyyəti başçısının tapşırığı ilə Ağdaş rayon Mərkəzi Xəstəxanasının həkim briqadası bu gün Abad kəndinə ezam olunub. Həkimlər orta məktəbdə oxuyan şagirdləri müayinə ediblər. Sonra tibb işçiləri evlərə gedərək xəstələndiyi üçün dərsə gələ bilməyən uşaqları müayinə ediblər: “Uşaqlarla yanaşı, böyük adamlarda da soyuqdəymə, qrip və qızdırma halları mövcuddur. Həkimlər insanlara narahat olmamağı və kənddə qorxulu virus olmadığını deyiblər".

“Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyi”dən (TƏBİB) APA -nın sorğusuna verilən cavaba görə, fevralın 18-də Ağdaş rayon Abad kəndində 7-18 yaş uşaqların müayinəsi təşkil olunub: “Müayinə olunmuş 271 uşaqdan 236 nəfərə praktik sağlam, 31 nəfərə kəskin bronxit, kəskin respirator virus infeksiyası (KRVİ), 4 nəfərə isə suçiçəyi diaqnozu qoyulub, stasionar yatışa göstəriş olmayıb: “Abad kəndində müayinə nəticələri Ağdaş RMX-PHŞ-in və rayon GEM-in rəhbərliyi tərəfindən dəyərləndirilib, kəskin təhlükə törədən virus epidemiyası halına rastlanmayıb”.

Son xəbərlər

Köçəryan ölkədən qaçmaq istədi

Avropanın dörd ölkəsi İrana qarşı sanksiyaların ləğvini nəzərdən keçirirlər

Abşeron rayonunun tam orta məktəblərində “Son zəng” tədbirləri keçirilib

Sumqayıtda Milli Qurtuluş Günü qeyd olundu – FOTOLAR

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Ərdoğan Türkiyənin yeni hədəfini açıqladı

Nyu-York birjasında təbii qaz yenidən bahalaşıb

Zaqatalada iki nəfəri ilan sancdı: ölən var

Kılıçdaroğlu mənə bunu deyə bilməz, başına oyun açaram…

Telefonların bu funksiyalarından çoxları xəbərsizdir

Özbəkistan Misirlə daha güclü iqtisadi əlaqələr qurmaq istəyir

Cinayət törətməkdə şübhəli bilinən 52 nəfər saxlanıldı

Tut ağacından yıxılıb öldü

Zərdab xəstəxanasından 240-dan çox saxta göndəriş verilib - Araşdırma BAŞLANILDI

Əfqanıstanda qadınların etiraz aksiyalarını yatırmaq üçün hərbi texnika cəlb edildi

Azərbaycanlı mollalar kütləvi qətlə yetirilir - ŞOK

“Bir plus” mağazasından şikayət: Nasaz məhsullar satılır?

Litvada həyəcan siqnalı: qırıcılar havaya qaldırıldı

Yatmağı çox sevən 4 bürc açıqlandı

Həyətində bu bitkilər olanın evinə həşərat girmir

Polad Həşimovun oğlu Teymur da məktəblə vidalaşdı - FOTO

Keçmiş məhkum Nərimanovda 5 min dollar oğurladı - Saxlanıldı

Türkiyədə Azərbaycan vətəndaşından külli miqdarda narkotik götürüldü

Tutun bilinməyən zərərləri - Kimlər bu meyvəni yeməməlidir?

Su polisi Hövsanda qanunsuz balıq ovu ilə məşğul olan şəxsi saxlayıb

Dövlət Xidməti Gədəbəydə gənclər üçün tədbir keçirdi

Məşhur rus alim Ermənistan hava limanında saxlanıldı

Zəngilanda müşavirə keçirildi

Xətai rayonunda “15 iyun-Azərbaycan tarixində dönüş nöqtəsi” adlı möhtəşəm konsert proqramı təşkil edilib+VİDEO

Türk dövlətləri ilə ticarət dövriyyəsinin həcmi 7 milyard dolları ötüb

Bütün xəbərlər