gundem
4.03.2020, 13:32
Bakı yollarındakı maskalı sürücülər - FOTOLAR

Kəskin respirator virus infeksiyalarının yayılmasına qarşı qabaqlayıcı tədbirlər görülür.
Xüsusən də, son günlər koronavirus epidemiyası ilə mübarizə tədbirləri çərçivəsində paytaxtın sərənişin avtobusları insanların həm təmas, həm də hava damcı yolu ilə infeksion xəstəliklərə yoluxmasına qarşı olan dərman preparatları ilə dezinfeksiya edilir. Bu yolla sürücülərin və sərnişinlərin virusa yoluxmasının qarşısı alınır.
Bundan əlavə, gündəlik yüzlərlə sərnişinlə ünsiyyətdə olan avtobus sürücüləri gigiyenik qaydalara riayət etməklə yanaşı, tibbi maskalardan da istifadə etməklə özlərini xəstəlikdən qorumağa çalışırlar./Azvision



