gundem / sosial
14.03.2020, 12:49
Avtobuslar bir ayda necə işləyəcək? “Yeni qaydalar hazırlanır” – BNA-dan RƏSMİ

Xəbər verdiyimiz kimi, koronavirus təhlükəsi ilə əlaqədar Azərbaycanda bir ay müddətində sosial izolyasiya tədbirləri görüləcək.
Həmçinin ictimai nəqliyyatın fəaliyyəti yeni qayda ilə tənzimlənə bilər. Bu barədə Nazirlər Kabineti yanında Operativ Qərargahdan yayılan məlumatda əks olunub.
Məlumata görə, 14 mart saat 00:00-dan etibarən bir ay müddətində ölkə ərazisində ictimai nəqliyyatın fəaliyyəti müvafiq dövlət strukturları tərəfindən açıqlanacaq qaydalara uyğun həyata keçiriləcək.
Bakı Nəqliyyat Agentliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin sektor müdiri Mais Ağayev Cebhe.info-ya açıqlamasında avtobuslar üçün yeni qayaların hazırlandığını deyib:
“Hələlik qaydalar hazırlanır. Tətbiq olunanda, ictimaiyyətə açıqlanacaq”.


