dunya
24.03.2020
Kadırov koronavirusa görə bunları qadağan etdi

Çeçenistan rəhbəri Ramzan Kadırov koronavirusa görə respublika ərazisində kütləvi tədbirlərin, xüsusilə toy və digər mərasimlərin keçirilməsini qadağan edib.
dogruxeber.tv xəbər verir ki, bu barədə Kadırov özü məlumat yayıb.
“Bu gün mən tapşırıq verdim ki, restoran və kafelərin iş vaxtı da məhdudlaşdırılsın. Kafe və restoranların böyük əksəriyyəti bugündən bağlanır”.
O deyib ki, istisna yalnız insanların az olduğu yerlərə aiddir:
“Orada da qonaqların nahar etməsinə şərait yaradılacaq”.
Kadırov həmçinin qeyd edib ki, restoranlar onlayn sifariş və çatdırılma qaydasında çalışacaq.Axar.az


