Üç nəhəng görüşür: Neft bahalaşacaq?











Rusiya və Səudiyyə Ərəbistanı Asiya və Avropa bazarları uğrunda mübarizə aparırlar. Digər tərəfdən, bu ölkələrin istehsal etdiyi neftin tərkibi də eynidir. Yəni həm kəmiyyət, həm də keyfiyyət baxımından başabaş mübarizə gedir.

dogruxeber.tv bildirir ki, bu sözləri Axar.az-a açıqlamasında iqtisadçı ekspert Natiq Cəfərli ABŞ Prezidenti Donald Trampın ABŞ, Rusiya və Səudiyyə Ərəbistanının öz neft sənayelərini qorumaq üçün neftin qiymətinin qalxması ilə bağlı müzakirə aparacaqları barədə sözlərini şərh edərkən deyib. Ekspert bildirib ki, neft bazarındakı hazırkı vəziyyət bundan sonra baş tutacaq hər hansı bir danışıqdan asılı olmayaraq, uzun müddət davam edəcək:

“Trampın həmin açıqlamasından sonra neftin qiymətində ani yüksəliş müşahidə olundu. Lakin axşamdan başlayaraq qiymətlərdə yenidən enmə yaşandı. Çünki bu gün neftə tələbat kəskin azalıb. Gündəlik dünya üzrə neft hasilatı 90 milyon barrel idisə, hazırda bu göstərici 70 milyon barrelə qədər enib. Bunun əsas səbəbi hazırda bazarda kifayət qədər çox neftin olmasıdır. Hətta vəziyyət o həddə çatıb ki, neft hasil edən ölkələr çıxarılan nefti saxlamağa anbar tapa bilmirlər”.

N.Cəfərli vurğulayıb ki, bu üç ölkənin birgə fəaliyyəti neft bazarında müəyyən qədər sabitlik yarada bilər:
“Lakin onların uzlaşması olduqca çətindir. Nəzərə almaq lazımdır ki, ABŞ həm ən böyük neft istehlakçısı, həm də istehsalçısıdır. Bu mənada neftin qiymətinin uzun prespektivdə maksimum 35-40 dollara qədər qalxması ABŞ-ın maraqlarına uyğundur. Lakin Rusiya və Səudiyyə Ərəbistanının fərqli maraqları var. Qeyd etdiyim kimi, onlar eyni bazar uğrunda mübarizə aparırlar. Bütün bunları nəzərə alaraq deyə bilərəm ki, indiki zamanda neftin qiymətinin sabitləşməsi və yüksəlməsindən danışmaq yersiz olardı. Çünki neftin qiyməti ilə bağlı bir uzlaşma olsa belə, nəticəsi koronavirus pandemiyasından sonra görünə bilər”.

Son xəbərlər

Çingiz Mustafayevin şəhid olmasından 34 il ötür

Dünən gecə çox mühüm bir addım atıldı... - Ərdoğan

Tramp Hörmüz boğazında gəmiçiliyin pulsuz olacağını bildirib

Trampdan İrana sərt xəbərdarlıq: Ya razılaşma, ya da zərbələr

Almaniya ümid edir ki, İlham Əliyev bu il Berlinə gələcək – Səfir

Putinə görüş təklif edib

Bu maşınlara alıcı tapılmır

Azərbaycan Türkiyədən geyim idxalı xərcini 26 %-ə yaxın artırıb

Turizm Agentliyinin 878 minlik tenderi ləğv edilib - SƏBƏB NƏDİR?

Qarabağ yenidən həyata qovuşub

Kir Starmer: 16 yaşdan kiçik uşaqların sosial şəbəkələrdən istifadəsi qadağan ediləcək

Bu şəxslər hərbi xidmətə çağırışdan azad olunacaq - SİYAHI

İş saatlarının dəyişdirilməsi Bakıda tıxacı azaldacaq?

Rusiyadan HƏDDİ aşan HÜCUM, Zelenski dünyanı AYAĞA qaldırdı, QİSAS əmri verdi

Sərnişin avtobusu dərəyə aşdı: 28 ölü

FETÖ-ya daha bir ağır zərbə: 11 nəfər həbs edildi

Netanyahu Trampla təcili görüş istəyir - Nədən narahatdır?

Bu tarixdə işdən tez çıxacağıq: RƏSMİ AÇIQLAMA

Lukaşenko və Vladimir Putin yaxın vaxtlarda görüşəcək

Türkiyə səfirliyi Azərbaycanı təbrik etdi

Füzulidə "Mercedes" kişini vurub öldürdü

Qan donorluğu haqqında bilməli olduğunuz 7 vacib fakt

Sumqayıtda dəhşətli yanğın - FHN məlumat YAYIB

Türkmənistan prezidentinin Azərbaycana səfəri nəzərdə tutulur

Keçmiş baş nazirin seyfindən 1,3 milyonluq zinət əşyaları tapıldı

Son zamanların ən populyar ləzzəti - Dulce de Leche

Rusiyanın Xarkova hücumu nəticəsində 5 xilasedici ölüb, yaralananlar var

Azərbaycan vətəndaşları Ermənistanda neçə daşınmaz əmlak alıb? - Rəsmən açıqlandı

Rusiya afrikalıları müharibəyə belə cəlb edir

Bu gündən Azərbaycanda çimərlik mövsümü başlayır

Bütün xəbərlər