DİQQƏT! Bu hərəkətləri edənləri cərimə yox həbs gözləyir





Vətəndaşlar qaydalara riayət etmədən icazəsiz evdən çölə çıxarlarsa və hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən saxlanılarsa, həmin şəxslərə qarşı İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə əsasən, karantin qaydalarını pozduğu üçün inzibati tənbeh tədbiri tətbiq edilə bilər.

dogruxeber.tv-ın məlumatına görə, bunu Vəkillər Kollegiyasının üzvü Anar Qasımlı deyib.

Onun sözlərinə görə, vətəndaşa qarşı cərimə növündə tənbeh tədbiri tətbiq edilə bilər.

Bu məbləğ fiziki şəxslər, yəni vətəndaşlar üçün 100 manatdan 200 manatadəkdir.

A.Qasımlı deyib ki, inzibati xəta törədən şəxsin şəxsiyyəti nəzərə alınmaqla ona qarşı 1 ayadək həbs tədbiri də tətbiq edilə bilər.

Vəkil bildirib ki, əgər insan birinci dəfə küçəyə çıxarsa, polis əməkdaşı ona xəbərdarlıq edə bilər:

"Polis eyni şəxsi bir neçə dəfə saxlayıb onu bir neçə dəfə cərimələyirsə və görürsə ki, bu şəxs mütəmadi olaraq karantin qaydalarını pozur, belə hallarda şəxsin cərimə tədbiri ilə islah olunmadığı aşkar edildiyi üçün ona qarşı həbs tədbiri tətbiq oluna bilər".

Onun sözlərinə görə, karantin dövründə evdən çıxan hər bir vətəndaş şəxsiyyət vəsiqəsini özü ilə götürməlidir. Amma şəxsin üzərində şəxsiyyət vəsiqəsinin olmamasına görə cərimənin tətbiqi də nəzərdə tutulmayıb:

"Çünki elektron sistemlə şəxsiyyəti müəyyən etmək mümkün olur. Amma şəxsiyyət vəsiqəsi olmayan insanın şəxsiyyətini müəyyən etmək üçün sistemdə yoxlanış aparmaq vaxt itkisi yaradır. Buna görə də yaxşı olar ki, - bu, Nazirlər Kabinetinin müvafiq qərarında da göstərilib, - şəxs üzərində şəxsiyyət vəsiqəsini götürsün".

Aprelin 5-dən hərəkət məhdudiyyətlərinin tətbiq ediləcəyini xatırladan A.Qasımlı əlavə edib ki, həmin müddətdən Azərbaycan vətəndaşları yaşayış yerini tərk etmək üçün icazə almaq məqsədilə müvafiq indeks və şəxsiyyət vəsiqələrinin seriya nömrəsini 8103 nömrəsinə SMS-lə göndərməlidirlər. Əcnəbilər icazə almaq Azərbaycanda yaşamalarını təsdiq edən sənədin və ya həmin sənədin müddəti uzadıldığı halda onun nömrəsini qeyd etməklə SMS göndərə bilərlər.

Vəkil qeyd edib ki, insanlar bəzi hallarda SMS-in cavabını gözləməyə bilərlər:

"Əgər şəxs üçün həyati təhlükə yaranıbsa, evdə bədbəxt, kriminal hadisələr baş veribsə, o, SMS-in cavabını gözləməli deyil. Bu halda insanlar SMS məlumatı vermədən evdən çıxa bilərlər".

Xatırladaq ki, koronavirus (COVID-19) infeksiyasının yayılmasının qarşısının alınması məqsədilə tətbiq edilən xüsusi karantin rejimi çərçivəsində ölkədə hərəkət məhdudiyyətləri müəyyən olunub.

Əhalinin həyat və sağlamlığının qorunmasını, dövlət qurumlarının və həyat təminatı obyektlərinin fasiləsiz işini, habelə yaranmış vəziyyətdə iqtisadi subyektlərin zəruri həddə fəaliyyətini təmin etmək məqsədilə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah ölkədə hərəkət məhdudiyyətlərinin 5 aprel 2020-ci il saat 00:00-dan 20 aprel 2020-ci il saat 00:00-dək xüsusi qaydada tətbiqi ilə bağlı qərar alınıb. Trend

Oxunub: 723

Son xəbərlər

ADB Biləcəri–Yalama dəmir yolu üzrə tender elan edib

Günün qoroskopu: Düşüncələriniz dəyişir

BEA: Dünya enerji xəritəsi yenidən formalaşdırıla bilər

“İran təslim olmayacaq”

Azərbaycan Kuboku: Bu gün ilk finalçı bəlli olacaq

Pirallahıda piyadanın vurulması ölümlə nəticələnib

Dünya fond bazarlarının əsas indeks göstəriciləri

Azərbaycan bank sektorunun uğurları və riskləri

Yağışlı Bakının tıxaclı yolları – SİYAHI

Məğlub oldu deyə rəqibinə şillə vurdu

Türkiyədə DEAŞ terror təşkilatına qarşı genişmiqyaslı əməliyyat: 90 şübhəli saxlanıldı

Bakıda 100 min bina söküləcək? – RƏSMİ

70 kq qızılla saxlanılan polkovnik-leytenantın – 7 il həbsi tələb edildi

Qərb ölkələri üçün yeni təhlükə: "İsgəndər-K" raket sistemləri

Bazeyan: “Qarabağ uğrunda müharibəyə hazırlaşmalıyıq”

Fuad Nəcəfli Baş Prokurorluqda dindirildi

"Sabah" - "Qarabağ" matçının hakimləri bəlli oldu

Oğuzda qanunsuz ağac kəsən 3 nəfər saxlanılıb

“Leops” və Kapital Bank əməkdaşlığı: 8.3 milyon AZN investisiya

İş yerini dəyişmək istəyən müəllimlərin NƏZƏRİNƏ!

R.Rzayev saxlanıldı: gecə saatlarında “Range Rover”lə

Abituriyentlərin ən çox müraciət etdiyi ixtisas qrupu açıqlandı

Məşhur şadlıq evində GÜCLÜ YANĞIN

Qəzzada hakimiyyət təhvil verilir

Bağça müəllimləri sertifikasiyadan nə vaxt keçəcək? – AÇIQLAMA

Sumqayıtda futbol meydançasında faciə – 23 yaşlı oğlan həyatını itirdi

Erməni siyasətçidən təklif: “Ermənistanın prezidenti din xadimi olsun”

Daşkəsəndə qəza oldu

Lənkəran səhiyyəsində şübhəli tender

ABŞ səfiri Türkiyədə qalmaqala səbəb oldu

Bütün xəbərlər