Yol polisi onları çəkən sürücülərə xəbərdarlıq etdi – Cəriməsi var













DİN Baş Dövlət Yol Polisi İdarəsi yol hərəkəti qaydalarını pozan, yol polisi tərəfindən saxlanıldıqda tabesizlik göstərən və onların videosunu çəkərək sosial şəbəkələrdə yayan bəzi sürücülərə xəbərdarlıq edib.

“Qafqazinfo” xəbər verir ki, məlumatda deyilir ki, son vaxtlar yol polisi əməkdaşları tərəfindən saxlanılan bəzi sürücülər bilərəkdən inspektorlara qarşı qərəzli hərəkətlər göstərərək tabesizlik nümayiş etdirirlər: “Onlar bu cür vəziyyətləri avtomobildə quraşdırılmış videoqeydiyyat cihazi vasistəsilə qeydə alaraq sosial şəbəkələrdə yayır və özlərini haqlı çıxarmağa çalışırlar. Bəziləri isə həmin videolarda yol polisinə qarşı tabesizlik göstərməsini, cərimə yazılmadan yola davam etməsini “qəhrəmanlıq” kimi qələmə verməyə çalışır. Lakin unudurlar ki, polis yollarda bu sürücülərin təhlükəsiz, sağ-salamat evlərinə qayıtması üçün xidmət aparır. Bir halı da nəzərə almaq lazımdır ki, hər bir sürücü yol-patrul xidməti əməkdaşının “saxla” işarəsinə tabe olmalı, müvafiq qaydada sənədləri təqdim etməlidir. Zərurət yarandıqda isə polisin tələbi ilə avtomobili tərk etməlidir. Əks halda, qanunvericilikdə bununla bağlı məsuliyyət nəzərdə tutulub. Belə ki, İnzibati Xətalar Məcəlləsinin 327.3-cü maddəsinə əsasən, müvafiq icra hakimiyyəti orqanı əməkdaşının nəqliyyat vasitəsini saxlamaq tələbinin yerinə yetirilməməsinə görə 80 manat məbləğində cərimə nəzərdə tutulur. Həmin Məcəllənin 535-ci maddəsinin 1-ci bəndində isə daha ağır məsuliyyət nəzərdə tutulur. Maddədə qeyd olunur ki, polis işçisi və ya hərbi qulluqçu ictimai qaydanın mühafizə vəzifələrini icra edərkən, onların qanuni tələblərinə qəsdən tabe olmamağa görə fiziki şəxslər 200 manat məbləğində cərimə edilir və ya işin halları və pozuntunu törədənin şəxsiyyəti nəzərə alınmaqla, bu tədbirlərin tətbiqi kifayət hesab edilmədikdə bir ayadək müddətə inzibati həbs tətbiq olunur. Xahiş edir ki təhlükəsizliyiniz naminə qaydalara riayət edəsiniz”.

Yeri gəlmişkən, DYP xatırladır ki, Yasamal rayon sakini Elşən Maqsudov mayın 17-də idarə etdiyi 90 LB 208 dövlət nömrə nişanlı, “Hyundai Elantra” markalı avtomobillə əks istiqamətdə hərəkət etdiyi üçün YPX əməkdaşları tərəfindən saxlanılıb. O, polisin qanuni tələblərinə tabe olmayıb. PPX əməkdaşlarının köməyi ilə Yasamal rayon 27-ci polis bölməsinə dəvət olunan sürücü barəsində araşdırma başlayıb. Haqqında toplanmış materiallar məhkəməyə təqdim olunub. Yasamal rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 535.1 maddəsinə əsasən 15 gün müddətinə inzibati qaydada həbs edilib.

Son xəbərlər

Ukrayna ordusuna daha çox əcnəbi könüllülər cəlb olunacaq

Bakı Limanında quru yük aşırılması artıb

Azərbaycanda zəlzələ oldu

Ötən il 2,6 mlrd. manat büdcə vəsaiti banklara yerləşdirilib

Masallıdan nazirə məktub: Əmriniz əleyhimizə çevrilib - BU NƏDİ BELƏ?

Azərbaycanda hər 6 nəfərdən biri məktəblidir - Yeni statistika

İlhamə Quliyevanın bacısı qızı ilk məhkəmədə həbs olundu - FOTO

Yaş məhdudiyyəti tətbiq edilən sosial şəbəkə platformalarının fəaliyyəti ilə bağlı tələblərin pozulmasına görə cərimələr müəyyənləşir

Şuşada bu işləri görmək qadağan edilir

Prezident Putinə məktub göndərdi

Rusiyada boru kəmərində baş verən partlayışda üç nəfər ölüb

"WhatsApp" bu telefonlarda işləməyəcək - Tarix açıqlandı

Azərbaycanda yeni cərimələr müəyyənləşir - 50 min manatadək

Şuşada bu işləri görmək qadağan edilir

Əlilliyi olan 57 min şəxsə reabilitasiya xidmətləri göstərilib

İrandan Azərbaycana PUA ilə narkotik keçirilməsinin qarşısı alındı

Millət vəkili: Azərbaycanın xarici siyasəti qlobal miqyasda sülhü və qarşılıqlı anlaşmanı təşviq edir

Bu barədə yalan məlumat verənlər cərimələnəcək - Yenilənib

Dünya çempionatı açılışında dava düşdü

128 min manatlıq dələduzluq etsə də, məhkəmə zalından azadlığa buraxıldı

“Nar” abunəçiləri üçün eSIM nömrələrdə “Asan İmza” xidməti istifadəyə verildi

İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin nümayəndələri üçün ÇİRES-ə infotur təşkil olunub

Bu rayonlarda ehsan LƏĞV EDİLDİ

Bakıda yaşlı kişi dənizdə boğularaq öldü

İrəvan QARIŞDI - MSK binası mühasirəyə alınır

Onlar Azərbaycanın imicinə zərbə vurmağa çalışır...

26 yaşlı oğlan kafedə qətlə yetirilib

DYP-dən “Son zəng”lə bağlı müraciət

İlon Mask tarixdə ilk trilyonçu oldu

Rusiyada kütləvi PUA hücumu: 231 dron vuruldu

Bütün xəbərlər