Baba Rzayevin qardaşı “Azərişıq”dan 17,3 milyon manatlıq tender uddu











“Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin elan etdiyi tenderin qalibi məlum olub.
Yeniavaz.com açıqlanan rəsmi məlumatlara istinadən xəbər verir ki, “Azərişıq” Açıq Səhimdar Cəmiyyəti tərəfindən “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə keçirilən tender müsabiqəsinin qalibi “Göknur Bakı LTD” MMC olub.
“Azərişıq” Açıq Səhimdar Cəmiyyəti “Müxtəlif növ kabellərin satın alınması” məqəsədilə “Göknur Bakı LTD” MMC şirkətinə 17 milyon 264 min 667 manat 1 qəpik ödəycək.
Məlumat üçün bildirək ki, “Göknur Bakı LTD” MMC 02.09.2003-cü il tarixində dövlət qeydiyyatına alınıb. Nizamnamə kapitalı 6 milyon 349 min manat olan NNC-nin hüquqi ünvanı Bakı şəhəri Nərimanov rayonu Ziya Bünyadov, ev 11, məhəllə 2062-də yerləşir. MMC-nin qanuni təmsilçisi Rzayev Rahib Hüseynağa oğludur.
Onu da bildirək ki, Rzayev Rahib Hüseynağa oğlu uzun illər – 2006-2018-ci illərdə “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edən Rzayev Balababa (Baba) Hüseynağa oğlunun qardaşıdır. Baba Rzayev 2018-ci ildən etibarən “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin əsas tərəfdaşı və yeganə elektik enerjisi tədarükçüsü olan “Azərenerji” Açıq Səhimdar Cəmiyyətinə rəhbərlik edir.
Baba Rzayev “Bakıelektrikşəbəkə”Açıq Səhimdar Cəmiyyətinin sədri olduğu zaman – 2011-2015-ci illərdə də “Göknur Bakı LTD” MMC ilə ASC arasında onlarla tender müqaviləsi imzalanıb.
Qeyd edək ki, “Dövlət Satınalmaları Haqqında” Qanunun 13-cü maddəsində göstərilir ki, satınalma prosedurları zamanı satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarında iştirak edən iddiaçının vəzifəli şəxsi ilə birbaşa qohumluğu, həmçinin təsisçilik və asılılıq münasibətləri olanlar ola bilməz. Eyni zamanda 13-cü maddənin 2.2 bəndində qeyd olunur ki, satınalan təşkilatın təmsilçisi satınalma prosedurlarından əvvəlki üç il ərzində satınalma prosedurlarında iştirak edən iddiaçının əməkdaşı və ya vəzifəli şəxsi ola bilməz.
Qanuni təmsilçisi “Azərişıq” Açıq Səhimdar Cəmiyyətinin sabiq sədri Baba Rzayevin qardaşı Rahib Rzayev olan “Göknur Bakı LTD” MMC-nin “Azərişıq” ASC-dən 17,3 milyon manat dəyərində tender udmasına münadsibət bildirən qurumun mətbuat xidmətinin rəhbəri Tanrıverdi Mustafayev yeniavaz.com-averdiyi açıqlmada bildirdi ki, keçirilən tenderlə bağlı onda məlumat yoxdur: “Rahib Rzayevin Baba Rzayevin qardaşı olduğunu da bilmirəm”.
“Azərişıq”ın sözçüsü qeyd etdi ki, hazırda xaricdən elektrik malları almaq çətin olduğu üçün yerli şirkətlərə üstünlük verirlər: “Azərişıq”ın keçirdiyi tenderlər rəsmi qəzetlərdə dərc olunur, nəticəsi açıqlanır. ASC-nin mal-materiallara ehtiyacı var və bunu qarşılamaq üçün bir-neçə şirkətdən məhsul alır”.
Keçirilən tenderin qanunvericiliyə uyğun olub-olmadığını bilmədiyi deyən Tanrıverdi Mustafayev qeyd etdi ki, belə bir məsələ varsa bunu siz araşdırıb müəyyən edin.
“Azərişıq”ın bu cür tender qəribəlikləri əvvəllər də olub…
Ötən ilin oktyabr ayında “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti ilə “Qlobal-Elektro” MMC arasında 18 milyon 774 min 346,93 manatlıq müqavilə imzalanıb.
“Qlobal-Elektro” MMC mütəmadi olaraq “Azərişıq” ASC-nin elan etdiyi tender müsabiqəsinin qalibi olur. Şirkət ilk dəfə 2018-ci ilin 18 iyul tarixinində “Azərişıq” ASC ilə 48 min manatlıq müqavilə imzalayıb. Bu müqavilədə diqqət çəkən məqam odur ki, şirkət müqavilənin imzaladığı tarixdən cəmi 49 gün əvvəl dövlət qeydiyyatına alınıb. Müsabiqə elanının ayın əvvəlində açıqlandığını nəzərə alsaq, bu o deməkdir ki, “Azərişıq” cəmi bir ay əvvəl yaradılan şirkəti qalib elan edib. Maraqlıdır ki, cəmi bir həftə sonra “Azərişıq” “Qlobal-Elektro” ilə daha bir müqavilə imzalayıb. 24 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 839 min 575 manat olub.
Qeyd olunan tarixlərdə “Azərişıq” daha bir şirkətlə “Elektrik Təchizat” MMC (VÖEN 4501694831) 2 müqavilə imzalayıb. 18 iyul 2018-ci il tarixində imzalanan müqavilənin dəyəri 933,2 min manat, 25 iyul 2018-ci il tarixində imzalanan müqavilətin dəyəri isə 42 min manat olub. İlk baxışdan iki fərqli şirkət kimi görünsələr də, əslində “Qlobal-Elektro” və “Elektrik Təchizat” şirkətləri arasındakı yeganə fərq onların adında olub. Hər iki şirkət 30 may 2018-ci il tarixində qeydiyyata alınıb. Hər iki şirkətin hüquqi ünvanı (Quba rayonu 2-ci Nügədi), nizamnamə kapitalı (10 manat) və qanuni təmsilçisi (Nazim Quliyev Qəfər oğlu) eyni olub.Yeniavaz.com
A. Cəfərov

Son xəbərlər

"Bəzi dairələr ölkəmizin imicinə zərbə vurmaq üçün təxribatçı informasiyalar yayırlar" - Deputat

Krasnodarda neft anbarına dron hücumu nəticəsində güclü yanğın olub

“Real Madrid” onunla maraqlanır

Ukrayna daha bir kəndi itirdi

Bu ölkə tamamilə işıqsız qaldı

Adil Kərimli Türkmənistan Prezidenti ilə görüşdü

Almaniya Azərbaycanla yeni layihə hazırlayır

Mətanətdən Vüqar Muradova ağır sözlər

Qazın qiyməti UCUZLAŞDI

Ermənistanda seçkidən sonra vətəndaş müharibəsi başlayacaq – SENSASİON DETALLAR

Etibarnaməli avtomobillərlə bağlı VACİB XƏBƏRDARLIQ

Overçuk: yeni MDB formatının çox yaxşı perspektivləri var

Özbəkistan və Yunanıstan əmək miqrasiyası sahəsində əməkdaşlıq üzrə danışıqlar aparır

Bu şəxslərə maaş yeni qayda ilə VERİLƏCƏK

Tehranın uranı üçüncü ölkəyə köçürməyə razılaşdığı iddiası doğru deyil - “Fars

Azərbaycan polisi bir gündə 111 nəfərin saxlanılması barədə MƏLUMAT YAYDI

SON DƏQİQƏ! Bakının bu ərazisində yanğın oldu

70 milyard avroluq yardım Ukraynaya göndəriləcək

İrandan Azərbaycana keçməyə cəhd göstərən əcnəbilər saxlanılıb

Siqaret yenidən bahalaşır - Səbəb açıqlandı

İlham Əliyev Kralı təbrik etdi

Bakıda ABŞ təhsil sərgisi açılıb

Bakıda böyük söküntü başlayır: siyahıda bu ərazilər var

Dəmir zavodu layihəsinin əsas mərhələlərindən biri uğurla tamamlanıb

Abşeronda kənd təsərrüfatı sahəsində fəaliyyət göstərən sahibkarlarla görüş keçirilib

Məhkəmə sədrinə ağır itki

Onların hələ də müəyyən sayda raketləri və PUA-ları var - Tramp

Rusiya ordusu Zaporojyeyə dronlarla zərbələr endirdi

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

İran Amerika bazalarına zərbələr endirməyə hazırdır - Xameneinin müşaviri

Bütün xəbərlər