Əli Həsənovun qudası Səttar Möhbalıyev AHİ Konfederasiyasını ailə biznesə çevirib - FAKTLAR













dogruxeber.tv xəbər verir ki, bu barədə araşdırmaçı jurnalist Cavanşir Həsənli məlumat verib: "Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının sədri, Milli Məclisin beşinci "kruq" deputatı Səttar Möhbalıyevin xanımı, 1960-cı il təvəllüdlü Böyükxanım Mirzə qızı Möhbalıyeva onun rəhbərlik etdiyi qurumun beynəlxalq əlaqələr departamentinin əməkdaşıdır.
Deputatın qızı, 1988-ci il təvəllüdlü qızı Lalə Möhbalıyeva isə Həmkarlar İttifaqları Konfederasiyasının Gənclər Şurasının üzvüdür. Konfederasiyanı xarici ölkələrdə keçirilən tədbirlərdə bir qayda olaraq deputatın xanımı və qızı təmsil edir. Yəni tam bir ailə konfederasiyası...
İşləyən vətəndaşların maaşlarından tutulan üzvlük haqları hesabına saxlanılan Həmkarlar İttifaqları Konfederasiyasına rəhbərlik edən deputatın xanımı həm də 2011-ci il noyabrın 21-də Türkiyədə təsis edilmiş SAT TURİZM DIŞ TİCARET LİMİTED ŞİRKETİnin əsas təsisçisidir.
Səttar və Böyükxanım Möhbalıyevlər şirkəti 2009-cu ildə 380 min lirə (o zamankı valyuta kursu ilə 250 min dollar) İstanbulda qeydiyyatdan keçiriblər. Şirkətin digər ortağı 20 min lirəlik cüzi sərmayə ilə öncə Murat Bakındı adlı şəxs olub. Sonradan Murat Bakındı özünə aid 5 faizlik payı Nigar Eyvazova adlı şəxsə satıb.
İstanbul Ticarət Sicili Müdirliyinə aid sənədlərə görə 701623 saylı şəhadətnamə alan şirkətin hüqüqi ünvanı Merkezi:İstanbul Bakırköy Yeşilköy Mah.Bostan Sk.Aslan Apt.N.12 D.3-dür.
Nizamnaməyə görə şirkətin ticarət, turzimlə məşğul olmaq, səyahət büroları, gözəllik salonları (saç əkimi, lazer epliyasiya, botoks, mezzoterapi), gimnastika zalları, bərbərxanalar, restoranlar açmaq hüququ var.
Səttar Möhbalıyev prezidentin sabiq köməkçisi Əli Həsənovun qudasıdır. O 27 ildən bəridir ki, Konfederasiyanın toxunulmaz sədridir, 2000-ci ildən indiyə kimi parlamentdəki yerini əldən vermir.
Dəfələrlə mətbuatda onun "Kurort” Səhmdar Cəmiyyəti vasitəsi ilə əlində böyük sərvət saxladığı barədə yazılıb."7NEWS.az

Son xəbərlər

Rusiyada yaşamaq istəyənlərin NƏZƏRİNƏ: Rüsumlar artır

Ərdoğandan Netanyahuya xəbərdarlıq

Azərbaycanlı və erməni iş adamları görüşəcəkmi? – “Zəngəzur dəhlizindən asılıdır”

Turan klinikasında sertifikatsız həkimlər necə fəaliyyət göstərir?

Yeni təmayül tədris modelinin əsas üstünlükləri nələrdir?

"Yaxşı polis, pis polis" - Aİ Rusiya ilə danışıqlar üçün xüsusi komanda yığır

Aygün Məmmədliyə yüksək vəzifə verildi

Azərbaycan iqtisadiyyatı 2031-ə qədər artacaq

Marketlərdə bu məhsullar kəskin bahalaşdı

İnstaqramdan YENİLİK - Bunu da etmək mümkün olacaq

İstanbulda bir evdən 42 ilan çıxdı

Eynulla Fətullayev restoranını da satdı

“Maxi.az” rəhbərinə “stop” qoyuldu – Milyonlarla borca görə..

Müəllimlərin sertifikasiya imtahanı üçün yerlər AÇIQLANDI

İranda 20 min nəfər susuz qalıb

Avtobus gecikirsə, sərnişin təzminat ala bilər?

“Alternativi olmayan Ermənistana sülh daha çox lazımdır”

Ukrayna Rusiyanın neft obyektlərini vurdu

Gürcüstan Türkmənistan-Avropa nəqliyyat əlaqələrində tranzit rolunu vurğulayır

Sabahın havası açıqlandı

Vyetnamın Baş prokurorunun ölkəmizə işgüzar səfəri başa çatdı

Rusiya Zaporojye, Odessa və Xarkovu VURDU

8 mindən çox şəxsə ilk dəfə əlillik təyin edilib

Baş nazirdən MÜHÜM QƏRAR

Qanunsuz saxlanılan silahlar aşkarlandı

Avropa İttifaqı İsrailə qarşı sanksiyaları sərtləşdirməyəcək

Milli Məclisin komitə iclası keçirilir

Diabet üçün gözlənilməz risk faktorları müəyyən edildi

Goranboy Rayon Mərkəzi Xəstəxanasında 100 min manatlıq "zibil atılacaq"

Baş Qərargah rəisi: İsrail İrana ağır zərbə planlaşdırıb

Bütün xəbərlər