“Yoxsulluğun səviyyəsi minimuma endirilib” – İlham Əliyev














Prezident İlham Əliyev Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyasının beşinci qurultay iştirakçılarına təbrik məktubu ünvanlayıb.

XəzərXəbər xəbər verir ki, məktubda deyilir: "Hörmətli qurultay iştirakçıları! Sizi səmimi qəlbdən salamlayır və növbəti ali toplantınızın öz işinə başlaması münasibətilə təbrik edirəm.

Böyük tarixi inkişaf yolu keçmiş Azərbaycan həmkarlar ittifaqları müstəqillik illərində genişmiqyaslı fəaliyyəti sayəsində cəmiyyətin aparıcı təsisatlarından birinə çevrilmişdir. Bu gün respublikamızda ən kütləvi ictimai təşkilat olan Azərbaycan Həmkarlar İttifaqları Konfederasiyası vətəndaşların sosial hüquqlarının təmin olunmasında mühüm rol oynayır.

Müasir dövrdə hüquqi dövlət quruculuğu prosesini həmkarlar ittifaqları olmadan təsəvvür etmək qeyri-mümkündür. Azərbaycan hökuməti əmək münasibətlərinin tənzimlənməsi və insanların sosial məsələlərinin həlli sahəsində onların fəaliyyətini yüksək qiymətləndirir. Hazırda ölkəmizdə sosial tərəfdaşlıq sisteminin vacib subyektlərindən biri kimi çıxış edən həmkarlar təşkilatlarına öz işlərini zamanın tələbləri səviyyəsində qurması və funksional imkanlarının genişləndirilməsi üçün hərtərəfli şərait yaradılmışdır.

Azərbaycan Respublikasında dərin sosial-iqtisadi islahatların həyata keçirilməsi, vətəndaşların layiqli həyat şəraitinin təmin edilməsi istiqamətində dövlət proqramlarının və infrastruktur layihələrinin uğurla reallaşdırılması yoxsulluq və işsizlik kimi ağır problemlərin səviyyəsinin minimuma endirilməsinə, əhalinin rifah halının yüksəldilməsinə imkan vermişdir. Enerji resurslarından əldə edilən gəlirlər, ilk növbədə, iqtisadiyyatın şaxələndirilməsinə, insan kapitalının və iqtisadi potensialın inkişafına yönəldilmişdir. Aparılmış islahatlar nəticəsində ölkəmizin ümumi daxili məhsulunda qeyri-neft sektorunun həcmi ildən-ilə artır, sahibkarlığın genişlənməsi üçün yaradılmış əlverişli mühit özəl bölmənin fəaliyyətinə müsbət təsir göstərir və çoxsaylı yeni iş yerləri açılır.

Əldə olunan bu uğurlar həm də vətəndaşların sosial mənafelərinin qorunması, əmək münasibətlərinin nizamlanması, cəmiyyətdə hüquqi mədəniyyətin yüksəldilməsi və ictimai həmrəyliyin möhkəmləndirilməsi ilə bağlı həmkarlar ittifaqlarının rolunu və məsuliyyətini daha da artırır. Həmkarlar təşkilatları bu reallıqdan çıxış edərək, müxtəlif mülkiyyət formasına malik olan müəssisə və şirkətlərdə öz fəaliyyətinin qurulması, işçilərin əmək, istirahət, müalicə və digər sosial tələbatlarının ödənilməsi üçün ardıcıl tədbirlərini davam etdirməlidir. Hesab edirəm ki, indiki dövrdə sahə həmkarlar təşkilatlarının işinin gücləndirilməsinə və tərəfdaşlarla səmərəli əməkdaşlığın dərinləşdirilməsinə daha çox diqqət ayrılmalıdır.

İnanıram ki, bugünkü mötəbər tədbirdə aparılacaq konstruktiv müzakirələr və qəbul ediləcək qərarlar ölkəmizin sosial-iqtisadi inkişafının müasir mərhələsində həmkarlar ittifaqlarının nüfuzunun artmasına, cəmiyyətimizin ahəngdar həyatının və vətəndaşların sosial rifahının təmin olunmasına sanballı töhfələr verəcəkdir. Sizi bir daha ürəkdən təbrik edir, qurultayın işinə uğurlar arzulayıram!”.|© xezerxeber.az

Son xəbərlər

Deputatlar yekdilliklə dəstəklədilər: Parlament buraxılır

Merts: Ukraynada müharibəni dayandırmağın iki yolu var

Karapetyana qarşı iş açıldı

Almaniyada yoxsulluq zirvəyə çatdı

“Ayaks” ispaniyalı baş məşqçi ilə anlaşdı

Azərbaycan Mərkəzi Bankının rəhbərliyinin əmək haqqı xərcləri 45 % artıb

Özbəkistan və Finlandiya rəqəmsal nəqliyyat və ağıllı mobillik sahəsində əməkdaşlıq məsələlərini müzakirə ediblər

Bakıdan Türkiyəyə qatarla gediş-gəliş başladı

Bazarda şok qiymət artımı: Mühərrik yağları 30 faiz bahalaşdı

"Ermənistanı Ukraynanın taleyi gözləyir" - Volodindən XƏBƏRDARLIQ

“AzerGold” QSC Uşaqların Beynəlxalq Müdafiəsi Günü münasibətilə Göygöl və Daşkəsəndə səyyar tamaşalar təşkil edib

“Nar” “JestPlus” tətbiqi üzrə maarifləndirici görüş keçirdi

Sabah hava necə olacaq?

Ermənistan-Türkiyə yaxınlaşması regionda güc balansını belə dəyişəcək: Rusiya və İran...

Azərbaycanla dəmir yolunun açılması ilə bağlı Gürcüstandan açıqlama

Xətai rayonunda 1 İyun-Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə əlaqədar konsert proqramı təşkil olunub+VİDEO

Tramp İsrail və Hizbullahın Livana hücumunu dayandırmaq barədə razılığa gəldiyini bildirib

Müqavimət göstərən sürücü saxlanıldı

Abşeronda Uşaqların Beynəlxalq Müdafiəsi Günü şəhid övladları ilə birgə qeyd edilib

“Nar” gənclərin təhsilinə dəstək olmağa davam edir

Netanyahu ilə danışdıqdan sonra Tramp İsrail qoşunlarının Beyruta getməyəcəyini bildirib

Küveyt İrana xəbərdarlıq etdi

Saakaşvilidən müharibə xəbərdarlığı: Bakı buna icazə verməyəcək

Prezident İlham Əliyev: Zəngəzur dəhlizi mütləq inşa ediləcək

Bakıda evdən 6 min dollar oğurlayan usta saxlanıldı

Qəbul imtahanının 2-ci cəhdinə qeydiyyat başladı

Dollar almaq istəyənlərin NƏZƏRİNƏ

Prezident Qurban Qurbanovu təltif etdi

Qubanın 3 kəndinin adı dəyişdirildi

Yaşla əlaqəli beyin iltihabının müalicəsi tapıldı

Bütün xəbərlər