gundem / sosial / dunya
25.04.2020, 10:51
Mübariz Mənsimov azadlığa buraxıldı

FETÖ əlaqələrinin olması səbəbi ilə həbs olunan məşhur iş adamı ilə bağlı qərar verilib. İstanbul Baş Prokurorluğu tərəfindən aparılan istintaq çərçivəsində həbs olunan "Palmali" Şirkətlər Qrupunun təsisçisi, azərbaycanlı iş adamı Mübariz Mənsimov azadlığa buraxılıb.
İxa.az-a bu barədə Türkiyədə yaşan soydaşlarımızdan biri məlumat verib.
Onun sözlərinə görə, İstanbul Maliyyə Cinayətlərinə Qarşı Şöbə Müdirliyi tərəfindən həbs olunan Mübariz Mənsimov hazırda sərbəst buraxılıb. İş adamının həbsi ev dustaqlığı ilə əvəz olunub.


